SON DƏQİQƏ

PressDent.Info

Benzinin qiymət məntiqi...

Benzinin qiymət məntiqi...
28-11-2017, 15:13 4698 dəfə baxılıb

Son günlər Azərbacan höküməti yenə də xalqı təəccübləndirməyi bacardı. Bu fitri istedad Əliyevlər ailəsinə və mövcud hakimiyyətə sanki Allah vergisi kimi verilib. Allah vergisi ona görə deyirəm ki, xalq əzilməsinə baxmayaraq hələ də susur və söz deməyə qorxur.

Məntiqlə müzakirə və mühakimə edəndə dünya bazarında neftin qiyməti yenidən 50 dollara düşəndən sonra, Aİ-95 markalı benzin bizdə ucuzlaşmalı idi. Bu normal məntiq və təfəkkürün nəticəsi ola bilərdi. Ancaq nəzərə alsaq ki, məntiq Azərbaycanda çoxdan ölmüş qavram, və yalnız magsitraturaya qəbul imtahanlarında istifadə olunan termindir. Bu anlayış dünyanın bir çox diktatura rejimli ölkələrində hələ də var. Çünki məntiq - hər bir sahədə, əsasən də idarəetmədə daha çox istifadə olunan və qərarların qəbul edilməsində mühüm rol oynayan anlayışdır

Məntiqlə Aİ-95 markalı benzində qiymət artımı digər sahələrdə nəqliyyat, ticarət, aqrar sahə və sahələrdə qiymət artımına səbəb olmamalıdır, amma bizdə olacaq. Axı bizim hakimiyyətdə qeyd etdiyim kimi o yoxdur.

Məntiqlə (məntiq - elmi yanaşma, müqaisə, analiz nəticəsində meydana çıxan fikirlər) Aİ-95 markalı benzini ölkəyə kim istəsə gətirə, hansı qiymətə istəsə sata bilər,yəni bazar açıq rəqabət sistemi ilə tənzimlənir. Bunu utanmadan deyən bizim rəsmilərdir. Aİ-95 və Aİ-98 markalı benzinlərin qiyməti sərbəstdir, güya, qiyməti bazar müəyyən edir. Əgər elədirsə nə üçün bu benzinin və ya bu olkədə yumurtadan xaric nəyinsə qiyməti bir dəfə də olsun düşmür?! Nəticə də budur ki, bizdə azad bazar prinsipi təktərəfli işləyir - ancaq SOCAR gətirir, amma istədiyi qiymətə satır.

Məntiqi davranış qaydalarına görə (məntiqi davranış - insanı digər canlılardan fərqləndirən xüsusiyyətlərdən biridir) bu ölkədə yaşamaq olmaz, amma yaşayırıq, çünki ölkəni sevirik, burada da məntiqin, haqqın qalib gələcəyinə inanırıq. Fikrimi Tarif şurasına müraciətimlə bitirmək istəyirəm.

Ey hörmətsiz, dəyərsiz Tarif şurası,

Bəlkə bəsdir artıq gecələr işləyib qiymət artımı qərarı verdiniz. Bəlkə gündüz əhalinin yaşayış səviyyəsinə baxıb nəyinsə qiymətini aşağı salasınız. Bəlkə bəsdir axı kimlərinsə şəxsi mənafeyi üçün işlədiniz. Axı sabah siz öz övladlarınıza deyə bilməyəcəksiz ki, sizi halal çörəklə böyütmüşük. Bəlkə aranızda kiminsə vicdanı dözməyib rəhbərliyə “xalqı soyduq, yetər artıq” desin. Bəlkə....

Kamil Məmişov

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ