SON DƏQİQƏ

PressDent.Info

Jurnalist qətli: 3 milyard dollar xalq əmanəti və ona xəyanət...

Jurnalist qətli: 3 milyard dollar xalq əmanəti və ona xəyanət...
16-10-2017, 17:22 5394 dəfə baxılıb

Bazar ertəsi, Oktyabr ayının 16- da Maltada tanınmış blogger, araşdırmacı jurnalist Caruana Galizia evindən çıxdıqdan az sonra avtomobilində törədilmiş partlayışda öldürülməsi mənim fikrimi bir mövzudan digərinə yönəldib. Ancaq bu mövzular arasında əlaqənin olması niyəsə məni daha geniş yazmağa məcbur etdi. Caruana Galizia iki həftə öncə polisə hədələndiyi haqda ərizə verməsi barədə adı çəkilən ölkənin rəsmi televiziyası xəbər vermişdi. Malta höküməti nə qədər ciddi olduğunu bilmirəm ancaq bu rəsmi məlumata görə bu işin araşdırılmasını ABŞ-ın Federal Tədqiqatlar Bürosuna müraciət edib.

O,öz bloqlarında Maltanın yüksək rütbəli siyasətçilərinin iştirakı ilə baş tutan korrupsiya sxemlərini ifşa edirdi. Hadisədən dərhal sonra Caruana Galizia-nın korrupsiyada tez-tez ittiham etdiyi baş nazir Joseph Muscat dərhal bu hadisəni pisləyib. O, deyib ki, “mən bu vəhşi hərəkəti qətiyyətlə pisləyirəm və bunu bizim ölkəmizdə şəxsiyyət və ifadə azadlığı üzərinə basqın hesab edirəm”. Maraqlısı budur ki,jurnalistin əldə etdiyi məluma görə baş nazirin həyat yoldaşının Panamadaki şirkəti Malta və Azərbaycandakı bank hesablarına pul köçürmələ məşğul idi. Muscat və xanımı bu əməliyyatlarda əllərinin olmasını inkar edirdilər. Hətta korrupsiya intihamlarında can qurtarmaq üçün o, keçən il növbədənkənar seçkilər keçirərək yenidən məsul postu ələ keçirdi. Panama dosyesi və ya arxivini ötən il ayrı-ayrı ölkələrdən olan bir qrup araşdırmaçı jurnalist çap edib. Bu sənəddə Azərbaycan, Rusiya və Ukrayna daxil bir çox ölkələrdən olan siyasətçi və biznesmenlərin ofşor hesabları haqda məlumatlar var.  

Birmüddət əvvəl isə “The Azerbaijani Laundromat” adlı məqalə mövcud hakimiyyəti az narahat etsə də xalqda hakimiyyətə qarşı zəif aqressiya və daha da dərin ümidsizlik yaratdı.Bu İngiltərədə qeydiyyatdan keçmiş dörd qabıq şirkətlər vasitəsilə iki illik dövr ərzində 2,9 milyard dollarlıq pul ələ keçirən kompleks pul vəsaitlərinin yuyulması əməliyyatıdır. Məlumat Berlingske (Denmark), OCCRP, The Guardian (UK), Süddeutsche Zeitung (Germany), Le Monde (France), Tages-Anzeiger and Tribune de Genève (Switzerland), De Tijd (Belgium), Novaya Gazeta (Russia), Dossier (Austria), Atlatszo.hu (Hungary), Delo (Slovenia), RISE Project (Romania), Bivol (Bulgaria), Aripaev (Estonia), Czech Center for Investigative Journalism (Czech Republic), və Barron'sun (US) birgə araşdırmaları nəəticəsində ortaya çıxıb. Bu layihə OCCRP və Transparency International tərəfindən başladılan əməkdaşlıq Qlobal Anti-Korrupsiya Konsorsiumunun bir hissəsidir. Mövcud hakimiyyət, daha dəqiq desək Əliyevlər diktaturasının xalqın, dövlətin bu qədər vəsaitini lobbi eyni zamanda avropa siyasətçilərinin alınması və Azərbaycan haqda haqsızlıqların qarşısında yalançı simalar yaratmaları üçün xərclədikləri utancverici bir haldır. Siyasi məhbuslar, söz azadlığı uğrunda dustaq olan Azərbaycan vətəndaşları öz ölkələrinin konstitusion hüququnda istifadə edərək haqqlarını tələb ediblər. İndi isə nə söz, nə də azadlıqları var. Əslində bu oyunlara gedən Avropa siyasətçilərinin bu cür davranışları məni heç də təəccübləndirmədi. Sonradan aşağıda adlarını qeyd etdiyim şəxslər haqda məlmat aldıqca bu cür korrupsiya hallarında artıq təcrübəli olduqları bəlli olur. Təəssüf ki, Avropa beynəlxalq hüquq və insan haqları ilə bağlı olan instansiyaları buna göz yumur və ya göz bağlamaq üçün onlara da “dəsmal” veriblər. Zaman keçdikcə sadəcə xalqın 3 milyard dollara yaxın pulunu öz mənafeləri xətrinə dağıdanlar görəsən hansısa cana rahatlıqla qıya bilərlərmi. Mən bir Azərbaycanlı olaraq buna inanmaq istəmirəm.

Bu cür insanların əlehinə danışılan zaman insan heç də özünü deyil ailə üzvlərini düşünür və köməksiz, ümidsiz bir şəkildə son sözlərini deyir. Reuters agentliyi xəbər verir ki jurnalist partlayışdan yarım saat əvvəl nəşr etdiyi bloqda yazırdı: “Hər tərəf dələduzdur. Vəziyyət çıxılmazdır”...

Kamil Məmişov

https://www.occrp.org/en/azerbaijanilaundromat/ 

https://www.icij.org/blog/2013/04/offshore-expose-bigger-wikileaks-cablegate/ 

https://www.icij.org/blog/2015/11/four-ways-embrace-cross-border-state-mind/ 

https://www.youtube.com/watch?v=KIWM9J94eKE 

https://www.theguardian.com/world/2017/sep/04/everything-you-need-to-know-about-the-azerbaijani-laundromat 

https://www.theguardian.com/world/2017/sep/04/uk-at-centre-of-secret-3bn-azerbaijani-money-laundering-and-lobbying-scheme 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ