SON DƏQİQƏ

PressDent.Info

Troll bol olarsa….

Troll bol olarsa….
30-12-2017, 14:39 18879 dəfə baxılıb

İlham Hüseyn

Son günlərin əsas müzakirə mövzularından biri də “zəhmətkeş trollar”dı. Hökuməti real adla, reL profillə müdafiə edənlər yox dərəcəsindədir. Çünki hökuməti öz adıyla müdafiə edən adamlar dərhal ictimai rəyin qapazını yeyir, “fatihə”si verilir. Ona görə də uzaqgörən hökumətimiz “trolların rəqsi”nə möhtac qalıb. Bu trollar müxalif səhifələrə sürüylə hücum çəkirlər, hökumətin yalanlarına ayaq olmağa çalışırlar. Amma həmişəki kimi qaş düzəltdikləri yerdə göz çıxarmaqla məşğuldular. Vəziyyət o həddə çatıb ki, artıq trollara yapışdırmağa ad tapa bilmirlər. Məsələn, səhifələrdə şərh yazan “sadiq trollar” arasında Səbiş 1, Səbiş 2, Mətiş 3, Çəpiş 4, M7, F8 və yüzlərlə bu qəbildən adlar görmək olar. Artıq balaca təcrübəsi olan feysbuk istifadəçisi trolu 1000 kilometrdən tanıyır.
Rejim “troll bol olarsa basılmaz hökumət” prinsipinə inanıb. Elə bilirlər ki, saxta adlarla həqiqəti ləkələmək mümkündür. Vallah, Səbişlə, Mətişlə, Çəpişlə çox uzağa getmək olmaz.
Amma hökumətin troll kampaniyasının özündə də bir etiraf var. Faktdır ki, hökuməti tənqid edən adamlar öz real adlarıyla yazırlar. Çünki həqiqəti yazdıqlarını bilirlər, rejimi tərif edənlər isə troll olmağa məhkumdular. Çünki yalanı tərifləmək nifrət yaradır.
Özünüz bilən məsləhətdi. Amma bilin ki, çörəyinizi trolluqdan çıxarmaqla mədəniz doysa da, mənəviyyatınızın mədəsi xəstəlik tapır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ