SON DƏQİQƏ

PressDent.Info

Başımızın unutqanlıq başağrısı

Başımızın unutqanlıq başağrısı
10-07-2017, 20:42 7047 dəfə baxılıb

Xaliq Bahadır

Hamı, bütün ölkə, üzüntülüdür – burası Azərbaycan: DÜZGÜNLÜK olmayan yerdə ÜZGÜNLÜK olar. 48 ildən bəri bu ölkəni yönətən əyrilik yolçusu Əliyevlər sonunadək soyub-yağmaladıqları bu Xalqı, bu Ölkəni belə bir acınacaqülı günə qoydular. İndi də Xalqa, Ölkəyə diz çökürtdüklərini düşünərək hakimiyətə gəlmək üçün verdikləri, hakimiyətdə qalmaq üçün uzun illər “dinc danışıqlar yoluyla” alver predmetinə çevirdikləri Qarabağın üstündən addayıb ermənilərlə barışığa gedirlər.
Əliyevlər hakimiyəti ermənilərin törətdikləri çoxsaylı (1905-1918-1937-ci illər arasında) qırğınlardan sonra Sovetlərin bizə yedirtdiyi bir mahnını yenidən yetirtmək istəyindədir: “Qardaş olub Hayastan, Azərbaycan!”
Bizim başımız uzun illər o mənliksizlik-namussuzluq mahnısına qarışdı… ermənilər girəvə düşdüyünü görüncə qalxıb bizi yenidən qırdılar, Batı Azərbaycanın üstündən Qarabağı da qanlı qırğın, terror yoluyla əlimizdən aldılar!
İndi bir sıra “oxumuşlar” çıxıb bizim “tarixən dost olduğumuzdan” yazır, barışmaq gərəyini dilə gətirirlər. Yalandır, bütünlüklə yalan!
Birinci, ermənilər işğalçı Rusiyanın əlilə Azərbaycana köçürülüb gətirilənədək bizim erməni adında qonşumuz olmayıb; ikinci, ermənilər işğalçı Rusiyanın əlilə Azərbaycana yerləşdiriləndən (1828-ci ildən sonra) Azərbaycanı özlərinə vətən etmək üçün bizi öz ölkəmizdə, doğma yurd-yuvamızda qırmağa girişiblər. Ta indilərədək…
Ruslar erməniləri Qafqaza gətirəndən Qafqazı qırğın bürüyüb. Ruslar erməniləri Qafqaza gətirəndən bizim gözəl Qafqazımız erməni terror yuvasına çevrilib. Bütün Qafqaz uluslarının bu qaniçən, terrorçu erməni gerçəyini anlayıb əl-ələ verməklə birlikdə erməniliyə qarşı çıxmağı gərəkir!
Knyaz G.A.Potyomkin II Yekaterinaya məktubunda (1783-cü il 19 may) yazırdı: “Olanaq yarandıqca Qarabağı ermənilərin gözətiminə vermək, bununla da Asiyada bir xristian dövləti yaratmaq üçün gərəkənləri etmək gərəkdir”.
Ermənilərin Azərbaycan coğrsfiyasına ilkin köçürülməsi dönəmində Rusiyanın İranda baş diplomatı olmuş A.Qriboyedov I Nikolayı ermənilərin Rusiyada yerləşmək istəyinə yol verməməyə çağırır, “bunlar elə tayfadır, – deyirdi, – aradan az keçmiş dünaya car çəkib, Rusiyanın dədə-baba vətənləri olduğunu deyəcəklər”. Beləliklə də, ermənilərin Batı Azərbaycanla Qarabağa yerləşdirilməsi qərara alınmışdı. Bizim “tarixi qonşuluğumuz” belə başlamışdı – Azərbaycan torpaqlarının ələ keçirilməsi, tutulmasl yoluyla!
Başqa bir fakt da var. Birinci dünya savaşı dönəmində Böyük Britanıyanın baş baxanı lord Kerzon özünün tarixə “Kerzon planı” adıyla düşmüş planını irəli sürmüşdü. Bu plana görə, Azərbaycanla Türkiyə arasında zolaq yaradılmalı, o zolağa “xristian ermənmilər” köçürülməli idi. Antanta mandatı altında Qafqazı tutan Britaniya Rusiya ilə birlikdə erməniləri yaraqlandırıb-donatmaqla göstərilən projenin gerçəkləşdirilməsinə girişdi. Beləcə, Qarsdan Qubayadək Türkləri qırıb-çatmaqla Asiyada (Türkiyə-Azərbaycan arasında) XRİSTİAN erməni dövləti yaradıldı.
Başqa bir fakt. 1988-dən Qarabağa ardıcıl turneləri ilə tanınan Britaniya parlamentinin spikeri Kerolayn Koks bir neçə il qabaq Qarabağdakı erməni ordusu qarşısındakı çıxışında demişdi: “Siz burada XRİSTİANLIĞI qoruyursunuz”.
Xristian dünyasının əlbir-dilbir olaraq erməniliyə-erməni terrorizminə arxa durması üzündən Azərbaycan Qarabağ uğrunda savaşda təklənmiş duruma düşdü. İrandakı fars rejimi, müsəlman ərəb dövlətləri xristian dünyası ilə birlikdə erməınilərə arxa durdular, yardımçı oldular. Azərbaycanla Türkiyə “Ermənistanı” blokadada saxlamağa çalışırkən “İran İslam Respublikasının” ermənilərə çoxsaylı yardımlarla blokadanı etkisiləşdirməsi faktını erməni prezidenti Levon Ter-Petrosyan belə dəyərləndirmişdi: “Blokada darlığında boğulurkən İran bizim üçün nəfəslik rolunu oynadı”. Azərbaycanı başına götürən irançı-dinçilərin bircəciyi də indiyədək bu xəyanət faktına gərəkən reaksiyanı göstərməyib – şeyxülislam A.Paşazadə başda olmaqla!
Biz dönə-dönə öz ölkəmizdə erməni qırğınlarına, erməni terroruna uğramış, sonra onlarla barışığa getmiş, dinc yanaşı yaşamağa çalışmışıq – doğma yurd-yuvamızdan, torpaqlarımızdan keçməklə! Sonunda ermənilər qalxıb bizi yenidən qırıblar, yenidən terrora uğradıblar, yenidən dədə-baba ocaqlarımızı, doğma yurd-yuvamızı qanlı qırğın, terror yoluyla ələ keçiriblər. Daha bəsdir! Bundan belə tərsinə sürəc baş berməli, min illərin Azərbaycan coğragiyasını bütünləşdirmə, bütövləşdirmə yönündə yürüşə yüklənməliyik! Yersiz barışçılarla barışmaz olmaqla…

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ