SON DƏQİQƏ

PressDent.Info

H.Əliyev cənnətə yox, ancaq cəhənnəmə gedə bilər.

H.Əliyev cənnətə yox, ancaq cəhənnəmə gedə bilər.
16-05-2016, 10:15 9744 dəfə baxılıb

Yadıma gəlirki hələ o vaxt Heydər Əliyevin səhhəti çox pis idi. O həddən artıq arıq, rəngi saralmış, gözlərinin altı tuluqlanmışdı və qorxudan bədənində əsmə də hiss olunurdu. Səsi də çox zəifləmişdi. Bir gün bir neçə adamın arasında dedim ki, Heydər Əliyevin səhhəti çox pisdir. Bu vəziyyətdə o respublika prezidenti ola bilməz. Bir nəfər dedi ki, siz nə danışırsınız. Indi hələ onun yaxşı vəziyyətidir. Bir müddət əvvəl onun vəziyyəti çox pis oldu. Biz fikirləşdik ki, artıq yaxın vaxtlarda o ölər. Onu müayinə etmək üçün Moskvadan bir qadın həkim gəldi. Müayinə etdikdən sonra ona dedi ki, sizdə heç bir xəstəlik yoxdur. Sizin bir xəstəliyiniz var ki, o da arzusunda olduğunuz kürsünü tutmaqdır. O kürsünü əldə etdikdən sonra hamısı keçib gedəcək. Həqiqətən də Heydər Əliyev Azərbaycan Respublikası Prezidenti kürsüsünü ələ keçirdikdən sonra birdən-birə cavanlaşdı. Bu da Heydər Əliyevin vəzifə hərisi, vəzifə xəstəsi olmasına bir sübutdur.

Heydər Əliyevin əshabələri və ətrafı onu əbədi prezident sayırlar. Dünyasını dəyişdikdən sonra bu dünyada törətdiyi qeyri-insani əməllərinə görə Heydər Əliyev cənnətə yox, ancaq cəhənnəmə gedə bilər. Şübhəsiz ki, o, bir vəzifə hərisi, bir vəzifə xəstəsi kimi indi də maya qoyub, özünü Cəhənnəmin əbədi prezidenti seçdirmişdir.

Heydər Əliyev Cəhənnəmdə fəaliyyətini davam etdirir. O, çoxlu sayda fərman və sərəncamlar verməklə bərabər, saysız-hesabsız təbriklər və başsağlıqlarına da imza atır. Ilham Əliyev özünü Azərbaycan Respublikasının Prezidenti elan etdiyi günə kimi Heydər Əliyevin Cəhənnəmdə imzaladığı fərmanlar, sərəncamlar, təbriklər və başsağlıqları «Azərbaycan» qəzetində ardıcıl olaraq dərc olunur.

Hətta Ilham Əliyev özünü respublika prezidenti elan etdikdən sonra da, Heydər Əliyevin Cəhənnəmdən qanun imzaladığı məlum olmuşdur.

Dəhşətli budur ki, bu məqaləni yazanda Azərbaycanda Bakıda Gül bayramı münasibəti ilə konsertlər verilirdi. Adını saydığım və saymadığım qurumlarda gecə gündüz dinləyən və əziyyət cəkən bu millət hər şeyə biganə yanaşaraq oynayır çalır oxuyurdu. Ay insanlar biz məgər özümüzü azad etmişik ki torpaqlarımızı azad edək? Məncə bu günki günə ad qoyanlar çox düz qoyublar adı. Qul bayramı. Bəli Bu gün Qulların bayramı idi. Zülm altında inləyən amma buna razı olub hələ də bu cür yaşayanların bayramı idi.

Allah bizə qeyrət versin ki qul kimi yaşamaqdan azad olub haqqlarımızı tələb etməyi bacaraq.

 

Aras Elnurə 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ