SON DƏQİQƏ

PressDent.Info

Xalqı Ilham Əliyev aldadır, yoxsa Füzulinin icra başçısı

Xalqı Ilham Əliyev aldadır, yoxsa Füzulinin icra başçısı
20-12-2012, 00:51 37628 dəfə baxılıb

Layiqli vətəndaş kimi dövlət başçısının bütün səfərlərini izləyirəm. Çıxışlarına qulaq kəsilirəm. Dediklərinin, məmurlar qarşısında qarşıya qoyduğu öhdəliklərin həyata keçməsinə sevinirəm. Regionların inkişafı ilə bağlı dövlət proqramını isə hətta regionlardakı əhalidən artıq dəstəkləyir və görülən işlərə görə yenə də onlardan çox sevinirəm. Dövlət başçısının xüsusilə qaçqınların yaşadığı ərazilərə baş çəkməsini, orada quruculuq işləri aparmasını alqışlayıram.
Bu günlərdə Füzuli rayonuna səfəri də bu sıradandır. Səfərlə bağlı telekanallardakı reportajları, saytlarda yazılanları oxuyanda diqqətimi təkrarçılıq çəkdi. Xüsusilə açılış mərasimləri (əslində səfərlər elə açılış mərasimlərindən ibarət olur) ilə bağlı deyilənlər. 
“Ilham Əliyev Füzuli rayonuna səfərə gəlmişdir.
...Dövlət başçısı əvvəlcə Horadiz şəhərinin mərkəzində Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etdi.ÿPrezident Ilham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular.ÿ
Dövlət başçısına parkda aparılmış abadlıq işləri barədə məlumat verildi. Bildirildi ki, son aylarda parkda yenidənqurma işləri aparılmış, təzə yaşıllıq zolaqları salınmışdır”.ÿ Bu, 11 noyabr 2010-cu ilin xəbəridir.
Başqa bir informasiyaya diqqət yetirmək istəyirəm.
“Horadizdə Heydər Əliyev adına prospekt və parkın açılışı olub (27 Dekabr 2011).
Gün.Az-ın Qarabağ üzrə bölgə müxbirinə Füzuli rayon Icra Hakimiyyətinin başçısıÿAlı Alıyevin verdiyi məlumata görə, şəhərdə sakinlərin istirahəti üçün yüksək səviyyəli istirahət guşəsi yaradılıb.
Ümumi uzunluğu 3,5 km olan yeni yol və prospekt sakinlər üçün əsl yeni il hədiyyəsi olub. Açılış mərasimində iştirak edən rayon rəsmiləri bildiriblər ki, ermənilərin işğal etdiyi bu şəhər 1994-cü ildə Heydər Əliyevin hazırladığı döyüş əməliyyatı sayəsində düşmən tapdağı altından azad edilib". Sonra da deyirlər ki, Ali Baş Komandanın elə adı var. Buyurun, bu ərazilər şəxsən Ali Baş Komandanın “hazırladığı döyüş əməliyyatı sayəsində” azad edilib. Indi nə sözünüz var?!.
Prezident Ilham Əliyev Füzuli rayonunda səfərdə olub (19 aprel 2008).
Dünən prezident Ilham Əliyev Füzuli rayonuna səfər edib. Səfər zamanı dövlət başçısı rayonda məskunlaşan məcburi köçkünlərlə görüşüb. Məcburi köçkünlər qarşısında çıxış edən prezident Ilham Əliyev Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün ən böyük problem olduğunu bəyan edib. 
Prezident Ilham Əliyev Azərbaycanın kifayət qədər hərbi gücə malik ordusu oluduğunu da bir daha bəyan edib. Dövlət başçısı Azərbaycanın işğal olunan ərazilərini istənilən vaxt hərb yolu ilə azad etməyə hazır olduğunu da nəzərə çatdırıb. 
Dövlət başçısı Horadiz şəhərində Heydər Əliyev Muzeyinin açılış mərasimində də iştirak edib və Heydər Əliyev parkına baş çəkib". 
Bundan sonra da dövlət başçısı Füzulidə səfərdə olub - 2008-ci il oktyabrın 4-də.
Indi isə sonuncu - bu il dekabrın 15-də gerçəkləşən səfərlə bağlı məlumata diqqət yetirək.
“Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyev Füzuli rayonuna səfərə gəlmişdir (15 dekabr 2012).
Respublika Prezidenti Horadiz şəhərində Heydər Əliyev parkının, Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin, YAP Füzuli rayon təşkilatı üçün inzibati binanın, Horadiz şəhər mədəniyyət sarayının, şahmat məktəbinin, 240 yerlik Horadiz şəhər 3 saylı tam orta məktəbin, 5000 ton tutumu olan soyuducu ambar kompleksinin, Füzuli su elektrik stansiyasının açılışında iştirak etmişdir və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür". 
Bu məlumat da fuzuli-ih.gov.az saytından götürülüb. Etibarlı mənbədir. Yəni heç bir vasitəçisiz ilkin mənbədən alınmış məlumatdır. Hətta kim istəsə sayta girib özü şəxsən oxuya bilər. Icra başçısı 2011-ci ilin dekabrın 27-də özü açılışını etdiyi parkın qırmızı lentini bu dəfə Ilham Əliyevə kəsdirib. 
Bir filmdə olduğu kimi sual qoyuram. Indi siz deyin: Bir parkın açılış lentini neçə dəfə kəsmək olar?

 

RÖVŞƏN HACIBƏYLI

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ