SON DƏQİQƏ

PressDent.Info

Özgə və doğma siyasi məhbuslar?

Özgə və doğma siyasi məhbuslar?
21-04-2017, 14:59 10527 dəfə baxılıb

Zümrüd Yağmur

Biz bu ölkədə dəyişiklik istəyirikmi? İstəyirkmi bu məmləkət fərqli qaydalar, düşüncə və dünyagörüşlə idarə olunsun?

Təbii ki, bunu istəyən istənilən şəxs cani dildən “bəli” deyəcək və hətta təkçə deməyib bunun baş verməsi üçün nələrsə edəcəklər, təhlükəni belə gözə alanlar olacaq , necə ki var.

Azərbaycanda hakimiyyəti uzun illərdir işğal edib indi də monarxiyanı rəsmiləşdirən bir rejimin bu ölkədə yaratdığı dəyərləri rədd ediriksə, biz bu dəyərlərin qarşısına daha güclü və daha yüksək olanlarla çıxmalıyıq. Əgər onlardan fərqli dünyagörüş və yanaşmaların bu ölkədə bərqərar olmasını istəyiriksə, onda özümüz olay və insanlara fərqli yanaşmalıyıq, ya da yanaşmağı öyrənməliyik.

Amma gəl gör ki, biz, bu ölkənin dəyişməsini istəyənlərin özün nə qədər cevrilmə keçirib və ya ümumən belə bir proses olubmu?

Sözün qısası…

Siyasi məhbus ailələri ilə yaxından tanış olmağa başladıqca sanki içimdə belə bir fikir yarandı, məgər özgə və doğma siyasi məhbuslar varmış..

Hətta deyəsən biz bir yerdə siyasi məhbusları “burjuylar” və “qara çamaat” kateqoriyalarına ayırıb “elitar”lara daha diqqətli, şəfqətli yanaşırıq.

Qara cammatı təmsil edən məhbuslar və onların ailələri yenə də mübarizənin tullantılar kimi diqqətdən kənarda qalıb.
Lütfən, kimsə düşünməsin ki, şəxsi qənaətlərimə və yaşadıqlarıma görə bunları yazıram. Bu yazının yazılmasının bu qədər gecikməsinin tək səbəbi də məhz elə bu olub. Kimlərinsə düz anlamaması düşüncəsi…

Amma sonra qəti qərara gəldim ki, kimlərin necə düşünməsi deyil, bizim nəyi necə düşünüb hiss etməmiz önəmlidir…
Son olaraq…

Biz siyasətimizi, ədəbiyyatımız, dünyagörüşmüzü camiyələrə böldüyümüz kimi siyasi məhbuslarımızı da camiyələşdirmişik və beləcə ortaya “bizdən olanlar” və “bizdən olmayan” siyasi məhbuslar çıxıb.

P.S. Unutmayaq, nə qədər peşəkar kürək çəksən də onun izi bir müddət sonra itir. Vay o günə arxasından heç bir iz buraxmayan o kürəyi də boşuna çəkmiş olasan.

Yazı müəllifin feysbuk hesabından götürülüb

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ