SON DƏQİQƏ

PressDent.Info

Bu gün Bedreddin Dalanı xatırlayın

Bu gün Bedreddin Dalanı xatırlayın
6-03-2017, 18:10 14616 dəfə baxılıb

Şahvələd Çobanoğlu

2012-ci ildə qızımı Türkiyədə əməlliyat elətdirdim. Gözləmə zalında jurnallara baxanda öyrəndm ki, klinikanın və ona bağlı universitetin sahibi haqda da yazıblar. Yadıma saldım ki, bu, Bedreddin Dalan adlı adam hazırda Türkiyədə deyil. O zamankı xəbərlərə görə, guya bağçasından silah saxlancı çıxması səbəbindən – Ergenokan davasina görə ölkədən qaçaq idi. Bilirsiniz, o oyunları da… Yanımda Qarsdan olan azərbaycanlı vardı, birdən mənə dedi ki, bu kişi sakitcə Xocalı faciəsində valideynlərini itirmiş 12 uşağı Türkiyəyə apartdırmış, oxutmuş, böyütmüş. Onların bəziləri işləyir, bəziləri də Universitet təhsilini davam etdirir. Amma bunu heç harada reklam etmir… Sonra bunu mənə bir məlumatlı və tanınmış azərbaycanlı da da söylədi. İllərdir Azərbaycanın talan edilməsində və onun bu müflis günə gətirən saxtakarlıqlarda iştirak edən, bu gün isə Xocalı faciəsinə ağlayanları görəndə, həmin xeyirxah adamı yada salmamaq olmaz.

Qeydlər müəllifin Facebook səhifəsindən götürülüb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ