SON DƏQİQƏ

PressDent.Info

Ünlü rus personajı: Yalançı Dmitri!

Ünlü rus personajı: Yalançı Dmitri!
6-03-2017, 18:07 15486 dəfə baxılıb

Xaliq Bahadır

(Azərbaycanı çürüdən kimdir)

Dmitri Kiselyov – Rusiya prezidenti Putinin özəl jurnalisi funmksiyasını daşımaqla yanaşı uzun illərdən bəri Əliyevlər ailəsinin də özəl jurnalistinə çevrilmiş birisi. Deyilənə görə, Əliyevlərlə bağlı son ƏMƏYİ üçün 1 milyon alıb! İnternetə göz atsanız onun Əliyevlərlə, əliyevçi rejimlə bağlı AzTV-lərdən az iş görmədiyini görərsiz.
“Vesti nedeli” verilişinə baxanlar bilərlər: Kiselyov təkbaşına Putinin AzTV-ləri funksiyasını yerinə yetirir. “Jurnalist” adını daşıyan bu adamın KQB-FSB qulluqçusu olduğu, bu üzdən də Rusiyanın imperiya ambisiyalarına qulluq etdiyi açıq görünür. Gürcüstanla Ukrayna liderlərini yamanlamaqdan yorulmayan, Gürcüstanla Ukraynanı yalan yerə “dağılan ölkələr” olaraq tanıtmağa çalışan bu adam Azərbaycanı yalnız regionun deyil, dünyanın “sürətlə inkişaf edən” ölkələrindəni, İlham Əliyevi yalnız regionun deyil, dünyanın ən “böyük”, üstün prezidentlərindən biri adlandırır.
Azərbaycanı dünyanın ən suveren ölkələrindən biri adlandıran Kiselyov görün nə deyir: “Azərbaycan bütünlüklə suveren siyasət yürütmək baxımdından dünyanın Almaniya, Yaponiya kimi ölkələrindən çox yüksəkdə durur. Bu baxımdan Azərbaycan, İlham Əliyev Merkel üçün də, Abe üçün də çox yaxşı örnəkdir”. Gürcüstanla Ukrayna dövlət başçılarını yalnız düşməncəsinə anan, adlarını yalnız düşməncəsinə dilinə gətirən Kiselyovun İlham Əliyevə sevgisi, sayğısı sonsuzdur: “Azərbaycanın prezident sarıdan bəxti gətirib. Avropada belə dövlət xadimləri yox yerindədir. Azərbaycan qıraq etkilərə uğramadan özünə gərəkən siyasət yürüdür”. Kiselyova görə, İlham Əliyev Amerikanı Azərbaycana yaxın qoymadığından Azərbaycan “sürətlə inkişaf edərək durmadan çiçəklənir, güclənir, yüksəlir”. Kiselyov adamları konkret fakt göstərməklə inandırmağa çalışır: “Amerkanın toxunduğu nə var çürüyür… Gürcüstan, Ukrayna eləcə dağılır”. Adam bu yerdə istər-istəməz dözmür, dillənməli olur: ey jurnalistika satqını, səninlə işimiz yoxdur, ancaq… yalançıya lənət olsun!
Ukrayna bizdən uzaqdadır, ancaq Rusiya ilə ilişkiləri kəsəndən, Rusiyadan aralanıb Avropaya yönəlik yol tutandan sonra qonşu Gürcüstanın necə dirçəlib gəlişdiyini, ekonomik baxımdan durmadan yüksəldiyini biz yaxından izləyib görə bilirik. Doğal resursları qıt olmasına baxmayaraq, bu gün Gürcüstan korrupsioner Əliyevlər rejiminin böyük doğal resurslarla yanaşı yoxsullar, yoxsulluq ölkəsinə çevirdikləri Azərbaycandan tutuşdurmaya gəlməyəcək düzəydə yüksəkdə dayanır. Saakaşvili dönəmindən Demokratiya yoluna çıxmış Gürcüstanda rüşvətin, korrupsiyanın kökü kəsilmiş durumdadır, Əliyevlər Azərbaycanında ölkəni, xalqı bütünlüklə soyub-yağmalamağa yönəlik diktatura-monarxiya rejiminə bağlı korrupsiya dövləti qurulub. Belədə ölkəni çürüdən kimdir: Amerika, yoxsa Rusiya? Sözsüz, Rusiya!
Azərbaycanın da, Gürcüstanın da, Ukraynanın da, Moldovanın da başlıca uğursuzluğu bu ölkələri parçalayıb savaşa soxmaqla özünün imperiya ambisiyalarını yeritməyə çalışan Rusiyanın aqressiv siyasətləridir. Ermənilərə, erməniliyə arxa durmaqla Azərbaycan coğrafiyasını bölük-parça edən Rusiya qurulmasında, uzun illər ayaqda durmasında başlıca rol oynadığı Əliyevlər rejiminin hələ uzun illər sürməsi yolunda çalışmalarına son vermir. Bunu birinci vitse prezident postuna gətirilmiş Mehriban Əliyeva ilə bağlı Kiselyovun bugünlərdə dediklərindən açıq-aydın görmək olar: Rusiya-Kreml Kiselyovu qabağa verməklə AzTV-lərlə yanaşı, Əliyevlərin 2018-ci il seçki kampaniyasınıa qatılıb – bu, Rusiyayönlü 50 illik Əliyevlər hakimiyətini daha 14 illiyə uzatma kampaniyasıdır!
P.S. Ötən yüzilin 70-ci illərində, Heydər Əliyevin birinci hakimiyəti dönəmində, SSRİ-nin dövlət büdcəsini dolduran Azərbaycanın bütün rayonları bu gün dotasiyadadır – Kiselyov kimi Azərbaycan düşmənlərini sevindirən budur: dotasiyalı “sürətli inkişaf, görünməmiş yüksəliş”, əliyevçi rejim ideoloqu Ramiz Mehdiyevin dililə desək, “inkişafın Azərbaycan modeli”!

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ