SON DƏQİQƏ

PressDent.Info

“Bandotdel” nəyin qisasını alır?

“Bandotdel” nəyin qisasını alır?
31-01-2017, 17:39 19575 dəfə baxılıb

Zümrüd Yağmur

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi niyə bu qədər aqressiv davranır? Bu, “Nardaran işi” məhkəməsində uğradığı iflasın acığı olmasın?!

2015-ci ilin noyabr ayında Nardaran kəndində keçirilən əməliyyatın ardından düz altı ay davam edən məhkəmədə bu qurumun ifşa olunması və keçirdiyi əməliyyatı yalanla belə düzüb-qoşa bilməməsi tam aşkara çıxandan sonra görünür, bu idarədə müəyyən komplekslər yaranıb. Bəlkə də elə buna görədir ki, adı çəkilən qurum etdiyi qanunsuzluqları daha gizlətmək belə istəmir. Bir az öncə bir çox siyasilərin və hüquq müdafiəçilərinin dəvət olunub nəyi yaz, nəyi yazma tövsiyyələrindən tutmuş, dindarlara qarşı sərgilədiyi qanunsuzluqlar onu deməyə haqq verir ki, “Bandotdel” bir şəkildə uğradığı uğursuzluğun əvəzini belə çıxmağa çalışır.

Tale Bağırzadənin tərəfdarlarınınsa təqib edilməsi, həbsi bu qurumun az qala hobbisinə çevrilib. “Hər gün bir dindar həbs edək” kampaniyası keçirib bununla da keçirdiyi uğursuz əməlliyatın şokunu atlatmaq istəyən idarə kompleksdən yaxa qurtarmağa çalışdıqca daha da yanlışlar edir və bu gün dövlət qurumu artıq rəsmən adam oğurluğu ilə məşğuldur.

Əhsən Nuruzadənın 6 gün oğurlanıb yaxınlarına və vəkilinə heç bir məlumat verilməməsi, sonra da “əməkdaşımıza müqavimət göstərdi” ittihamı ilə 10 sutka azadlıqdan məhrum edilməsi elə rahatlıqla söylənilir ki, sanki elə belə də olmalıdı. Bəlli olub ki, Əhsən bəydən bir çox adamlarla əlaqəsi və Tale Bağırzadəni niyə müdafiə etdiyi barədə soruşublar. Bu soruşdurmada mənim də adım keçib. Əhsən bəyin mənimlə nə kimi əlaqələrinin olması ilə maraqlanıblar.

İnsanlara əziyyət etməyin, əlaqələrin olub olması sizə maraqlıdırsa, mən də cavablaya bilərəm. Əhsən Nuruzadəni “Nardaran işi” məhkəməsində tanımışam və o haqqın yanında olduğu sürədə mən də onun yanındayam. Axı niyə anlamaq istəmirsiniz ki, insanları həbs edib onları şərləmək, insanların dini inanclarına qarşı açdığınız savaş bu gün ölkədə qütbləşməni və gərginliyi artırmaqdan başqa heç nəyə xidmət etmir?!

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb. Başlıq redaksiyaya məxsusdur.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ