SON DƏQİQƏ

PressDent.Info

“Hökumət Çindən Ərəbistanadək qapı-qapı kredit dilənir”

“Hökumət Çindən Ərəbistanadək qapı-qapı kredit dilənir”
12-01-2017, 18:50 20967 dəfə baxılıb

İqtisadçı Zöhrab İsmayıl prezident İlham Əliyevin yanvarın 10-u Nazirlər Kabinetinin 2016-ci ilin yekunlarına dair iclasında yerli iqtisadçılar haqqında dediklərinə münasibət bildirib.

Z.İsmayıl yazır ki, prezidentin təyin etdiyi nazirlərin və müşavirlərin iki eşşəyin arpasını necə böldükləri ortadadır: «Manat 2 dəfədən çox qiymətdən düşüb. Olan-qalan qeyri-neft sahələri keçən il 5.6 faiz azalıb. Mərkəzi Bankın ehtiyatları 15 milyard dollardan 4 milyarda enib. 10 ilə 120 milyard gəlir əldə etmiş ölkədə dollar tapılmır».

Z.İsmayıl yazır ki, hökumət Azərbaycan qazını Avropaya nəql etməkdən ötrü nəzərdə tutulan TANAP layihəsini maliyyələşdirmək məqsədilə tələb olunan 5 milyard dolları toplamaqdan ötrü Çindən tutmuş Ərəbistanadək qapı-qapı kredit dilənir: «Başqalarına qaz satan ölkənin kəndlərinin yarısında qaz yoxdur. Ona buna yol göstərən ölkənin kənd və qəsəbələrində yol yoxdur. Bir gün yağış yağanda, paytaxtın küçələrini sel basır. Xəstələrimiz şəfanı İranda, Türkiyədə, Gürcüstanda axtarır. Nazir günə 300 min xərcləyir».

Dövlət başçısı həmin çıxışında demişdi ki, bəzi qüvvələr Azərbaycanın uğurlarınakölgə salmaq istəyir: «Özlərini böyük iqtisadiyyatçı adlandıran bəzi yerli nümayəndələr müxtəlif çıxışlar edirlər, müxtəlif qiymətlər verirlər. Tamamilə cəfəng fikirlərdir, bizim gözəl atalar sözü var: «İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir». Yəni, bütün bunlara fikir vermək lazım deyil», -deyə prezident qeyd edirdi.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ