SON DƏQİQƏ

PressDent.Info

Əliyevlərin öldürücü təhsil siyasəti

Əliyevlərin öldürücü təhsil siyasəti
3-08-2016, 02:43 39672 dəfə baxılıb

Xaliq Bahadır

xanbahadir@mail.ru

Gözünüz aydın: universitertlərə keçid balı 150-yə endirildi. Sözsüz, ölkdədə bütün qiymətləri durmadan qaldıran əliyevçi Tarif Şurasına (burada dövlət imtahan qurumu) bu qərarı çoxlarını sevindirəcək – yıxıla-dura 150 bal toplamaqla universitetə yolu açılanları, onların ata-analarını, yaxınlarını. Ancaq, ölkənin uğurlu gələcəyi baxımından bu fakt əliyevlərin ölkəmizi necə uğursuzluğa, fələkətli duruma gətirib çıxardıqlarının parlaq göstəricisidr.

Əliyevlərin hakimiyətə qayıdışının başlanğıcında 150 balla texnikuma (indi kollec) girmək olmazdı. Onların hakimiyətlərinin 23-cü ilində 150 bal universitet balına çevrildi. Bu, faciədir, yalnız Türk-müsəlman xalqları arasında deyil, dünyanın qabaqcıl xalqları arasında belə özünün yüksək intellekti ilə seçilən Azərbaycan xalqının faciəsidir bu! Dönə-dönə yazmaq gərəkir: bizi bu faciəli duruma gətirib çıxaran bir çoxlarının qorxaqcasına yazdığı kimi, YAP hakimiyəti deyil, ölkəni, dövləti bütünlüklə, bütün qollarıyla, bütün qurumlarıyla ələ keçirmiş, özəlləşdirmiş bir ailə – Əliyevlər ailəsidir. Bunu onlar istəyirlər, onlar uzun illərdən bəri bu yöndə planlı siyasət yürüdürlər.

1969-cu ildə respublikada hakimiyəti ələ keçirən KQB generalı H.Əliyev özünün çoxillik hakimiyətinə qarantiya yaratmaq üçün dürmadan özümlü təmizləmə-yenilmə siyasəti yürütdü: xalq özünün dəyərli yetirmələrindən təmizləndi; sağlamlıq, təhsil sistemləri başda olmaqla bütövlükdə xalqı yenməyə yönəlik siyasət yürüdüldü: rüşvət-korrupsiya faktorunu dövlət siyasətinə dönüşdürməklə xalq yolundan sapdırıldı. H.Əliyev bu yolla qabaqca özü üçün hakimiyətə gəlmə, hakimiyətdə qalma yollarını təmizlədi, sonra da oğlu üçün. Üç dönəm prerzidentliyi boyunca I.Əliyev də göstərilən yolla gedərək qabaqca özünün hakimiyətdə qalmasını qarantiyaladı, ardınca da oğlunun! Dağıdılmış, universitetə keçid balı 150-yə endirilmiş təhsil sistemi 10 milyonluq bir ölkənin SÜRÜLƏŞDIRILMƏSI deməkdir!!

Mən də, bir sıra başqaları da illərlə təhsil sistemindəki geriləmələrlə bağlı yazılar yazmışıq. Gerçəyi bilərək, xalq üçün uğursuz bir gələcəyi göz altına alaraq təhsil sistemində dönüş yaradılmasına çalışmışıq. Nə yazıqlar, ölkədə gerçək prezident, eləcə də milli, demokratik hakimiyət olmadığından səsimiz eşidilməz, yazdıqlarımız duyulmaz olub. 36 min öyrəncinin Ana dilindən “2″ aldığı ölkənin prezidenti görün nə deyir: ”Biz təhsilə xüsusi diqqət yetiririk. Azərbaycan savadlılıq səviyyəsi çox yüksək olan ölkədir”. Düzdür, I.Əliyev bunu ötən il deyib, ancaq, keçənilki təhsil göstəriciləri builkindən üstün deyildi, demək olar, bütünlüklə birdi. Bircəciyindən başqa: keçən il keçid balı 200 idi, mənim keçənilki proqnozuma uyğun olaraq bu il 150 oldu. Bu gedişlə gələn il olmasa da, o biri il keçid balı 100 olacaq. Bu isə hələ uzun illər hakimiyətdə qalmaq üçün Məkkədən Vatikanadək PUL tökməklə xalqı biliksizlik – din köləliyi yoluna yönəltməyə çalışan Əliyevlər üçün olduqca gərəkli göstəricidir.

Başqa dövlətlərdə olduğu kimi, bizdə də Dövlət Statistika Kkomitəsi var. Bu komitənin yaydığı bütün başqa statistika (bilgi) təki təhsil statistikasına da I.Əliyev saymazyana yanaşır. Bu üzdən də o açıq-açığına yalan yolu tutaraq Azərtbaycanda “savadlılıq səviyyəsinin çox yüksək” olduğundan danışır. Xalqa az-çox sayğısı olan doğru-düzgün prezident nə etməlidir: yalnız təhsil alanında deyil, başqa alanlarda da GERÇƏK statistika bilgilərindən çıxış etməklə çatışmazlıqları, əyər-əskikləri düzəltməyə çalışmalıdır. Bir daha demək gərəkir: doğru-düzgün prezident!

Keçid balını son anda 150-yə endirməyin, bu özümlü təhsil endiriminin bir ilginc nədəni də var: statistikaya görə, abituriyentlərin yüzdə 63-ü keçid balını yığa bilməyib. Bu isə universitetlərə götürmə (qəbul) planında çox böyük boşluq deməkdir. Plan – 13632-dir. Başqa bir yandan bu,    ailə büdcəsi üçün çox böyük kəsir deməkdir – bizdə indi təhsil sistemi 71% pullu-ödənişlidir.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ