SON DƏQİQƏ

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.

16:22 - Zərdab rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyatçısı Polis Leytinantı Anar Kamil oğlu Baxışlı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

16:05 - Millət Vəkili Nizami Səfərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

PressDent.Info

Bayrağa bükülmüş şəhid cənazəsi

Bayrağa bükülmüş şəhid cənazəsi
25-08-2014, 00:52 27970 dəfə baxılıb

u günlərdə cəbhə xəttində vəziyyətin kəskinləşməsi və düşmənlə döyüşdə verilən itkilər fonunda cəmiyyətdə savaş ruhunun tədricən oyanması müşahidə edilməkdədir. Ən azından sosial şəbəkələrdə, televiziyalarda yer alan xəbərlər, millət vəkillərinin,  siyasilərin, sabiq döyüşçülərin verdiyi bəyanatlar bu cür düşünməyə əsas verir. Sanki hər kəs mövcud vəziyyətdən istifadə edərək, başqalarından daha artıq vətənpərvər olduğunu isbatlamağa çalışır. Şübhəsiz, baş verən hadisələrə çevik reaksiya vermək, hadisələrə biganə qalmamaq özlüyündə müsbət keyfiyyətdir. Lakin bunu da unutmaq olmaz ki, vətən sevgisi haqqında nitq söyləməklə vətən naminə ələ silah almaq arasındakı fərq yerlə göy qədərdir. Və kiminsə vətən haqqında başqalarından daha çox və daha pafoslu danışması onun vətəni başqalarından daha çox sevdiyinə dəlalət etmir. Hər halda bu gün hər kəsin bildiyi, lakin heç kimin etiraf etmədiyi həqiqətlərdən biri də müharibə başlayacağı təqdirdə sözdə vətən sevgisindən danışan şəxslərin önəmli bir qisminin orduda olmamaq üçün əlindən gələni əsirgəməyəcəyi gerçəyidir.
 
Bu gün müharibənin başlamağından ehtiyat edən üç qisim insan var ki, bunlardan biri ölkənin məmur elitasıdır. Bu təbəqə üçün müharibə tamamilə gərəksiz və bir o qədər də təhlükəlidir. Çünki başlayacaq müharibə istər-istəməz bu insanların mövcud rahatlıq və əyləncə imkanlarını qismən də olsun  məhdudlaşdıracaq, gəlir və əmlakları üçün bu və ya digər formada risk formalaşdıracaqdır. 
 
Müharibənin başlamağındna ehtiyat edən ikinci kəsim insanlar isə anadangəlmə qorxaqlardır ki, onları vətən sevgisi sadəcə sözlə məhdudlaşır. Qorxu və cəsarətsizlik bu insanların xarakterindən irəli gəldiyi üçün onları heç nə ilə hərəkətə gətirmək, hər hansı bir formada stimullaşdırmaq mümkün olmur.
 
Üçüncü kəsim insanlar isə daha çox kasıb ailələrin təmsilçiləridirlər ki, onları narahat edən başlıca amil ailə üzvləri, onların maddi təminatıdır. Etiraf etməliyik ki, I Qarabağ savaşının təcrübəsi dövlətin vətən uğrunda canından keçən, sağlamlığını itirən insanların ailə üzvlərinə kifayət qədər diqqət göstərmədiyini təsdiqlədi. Bu günün özündə Qarabağ savaşında aldığı mərmi yarasından müalicə olunmaq istəyən, amma heç cür buna nail ola bilməyən yüzlərlə qazi var ki, onların acınacaqlı yaşamı potensial döyüşçü ehtiyatını sarsıtmaqdadır. 
 
Bu gün kasıb ailələrə məxsus hər bir gənc yaxşı bilir ki, cəbhədə şəhid olacağı təqdirdə ailəsi sonsuz aclıq və iztiraba məhkum olacaq, indikindən daha artıq məhrumiyyət və səfalətlə üzləşəcəkdir. Kimin nə deməyindən asılı olmayaraq məhz bu qəbildən olan insanların tərəddüd etməyə haqqı var. Çünki kimsə, heç bir qanun və məntiq insanı öz anasının, bacısının, həyat yolaşı və ya övladının gələcəyini düşünmək məsuliyyətinə qadağa qoya, bu borcu məhdudlaşdıra bilməz.
 
Dövlət, onun başında dayanan şəxslər ailəsi, doğmaları ilə bağlı narahatlıq keçirən bütün şəxslərə sadəcə sözlə deyil, əməli ilə zəmanət verməlidir. Bunu hələlik lokal səviyyədə olan savaş və Qarabağın azadlığı tələb edir. Dövlət zəmanət verməlidir ki, vətən uğrunda şəhid olan hər bir insanın ailəsinin yanında olacaq, onları bayraq kimi, torpaq kimi qoruyacaqdır. Zəmanət verməlidir ki, şəhdilərin ailəsi dövlətdən daim qayğı görəcək, məmurların, onların övladlarının canlı oyuncağına çevrilməyəcəkdir. Zəmanət verməlidir ki, düşmənlə döyüşdə yara alan, hansısa əzasını itirən şəxslər müalicə olunmaq, protez sifariş vermək üçün qonum-qonşu, qohum-əqraba qapısını döyməyəcəkdir. Zəmanət verməlidir ki, şəhid olan əsgərin həyat yoldaşının, anası və ya bacısının ləyaqət və namusu heç kəsin əyləncəsinə çevrilməyəcəkdir. Zəmanət verməlidir ki, vətən uğrunda əlinə silah alan hər bir kəsin ailəsinin ləyaqətli yaşamı təmin ediləcək. Zəmanət verməlidir ki...
 
Bəli, dövlətin bu məsələdə ölməyə və öldürməyə yolladığı şəxslərə zəmanət verməli olduğu çox şey var. Hansı ki, mövcud hakimiyyət I Qarabağ savaşından ötən bunca vaxtdan səmərəli şəkildə istifadə edib bu zəmanəti bir mesaj olaraq əməli baxımdan bütün xalqın, onun hər bir fərdinin qəlbinə və beyninə  yollamalı idi. Əfsus ki, bu baş vermədi. Və bu gün insanları bu zəmanətin ciddiliyinə, etibarlılığına inandırmaq üçün çox az zaman var. Lakin yenə də Qarabağın azadlığı üçün belə bir zəmanətin verilməsi, insanların bu zəmanətin aliliyinə inandırılması vacibdir. 
 
Mövcud vəziyyət həm də məmurlar, onların övladları üçün də fürsət kimi qiymətləndirilməlidir. Uzunn illərdir ki, özlərinin övladlarının savaşa hazır olduğunu iddia edən bütün millət vəkillərindən, nazir və nazir müavinlərindən, YAP funksionerlərindən verdikləri vədi praktiki baxımdan isbatlamaq tələb edilməlidir. Kasıb ailələrə məxsus onlarla hərbçimizin şəhid olduğu və yaralandığı bu günlərdə pafoslu çıxışlar edən məmurlarımız övladlarını ön xəttə yollamaqla vətənə olan sevgilərinin sadəcə sözdən ibarət olmadığını isbatlamalıdırlar. Onlar isbatlamalıdırlar ki, vətən uğrunda həqiqətən də qurban verməyə hazırdırlar. Bunu məmurlardan cəmiyyət, ictimaiyyət, onun hər bir fərdi tələb etməlidir. Qoy məmurlar öz övladlarını kasıb ailələrdən olan əsgərlərlə eyni səngərə yollamaqla “Vətən hamımızındır” şüarında həqiqətən də səmimi olduqlarını ortaya qoysunlar. Qoy isbatlasınlar ki, vətən həqiqətən də onlar üçün hər kəsdən, hər şeydən daha əzizdir.
 
Nə qədər ki, Azərbaycanda şəhid cənazəsi daşıyan avtomobillər yalnız kasıb komaları qarşısında dayanacaq, nə qədər ki, ictimaiyyət general, prokuror, polis rəisi, millət vəkili, nazir və nazir müavininə məxsus mənzillərin önündə bayrağa bükülmüş şəhid cənazəsi görməyəcək, onları “Vətən hamımızındır” şüarının səmimiliyinə, vətən uğrunda vuruşmağın şərəf işi olduğuna inandırmaq mümkün olmayacaqdır.
Seymur Əliyev

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ