SON DƏQİQƏ

PressDent.Info

Rusiya bölgədə nəyə çalışır...

Rusiya bölgədə nəyə çalışır...
15-04-2016, 22:08 19314 dəfə baxılıb

22 illik atəşkəs təcrübəsi bizə çox şey öyrədib. Əslində bunun adı atəşkəs olub və elə ay, bəzən də elə həftə olmayıb ki, itikilərimiz olmasın.
Ona görə də ermənilərin indiki oyunbazlığı bizdə elə bir təəccüb-filan  doğurmur – bu xalq dondan dona girməyi, heç kimin ağlına gəlməyən şeyləri uydurmağı bir növ özünə adət edib. 
Etiraf edirik ki, bir çox hallarda onların oyunbazlığı bizim üçün sürpriz olur, çünki adamın heç ağlına da gəlmir ki, normal insan belə şey edə bilər... Amma nə etmək olar? Bizə də belə bir xalqla qonşu olmaq nəsib olub...
Qərəz, atəşkəsin növbəti ildönümünə bir az qalmış ermənilərlə daha bir atəşkəs razılaşması etdik. Amma insanların dilində bir sual qalıb: bəs bundan sonra nə olacaq? Yenə də üzücü ssenari – həmsədrlərin gəlib-getməsi, hər gün pozulan atəşkəs davam edəcəkmi?
Təəssüf ki, bu suala bir doğru-dürüst cavab verə bilmirik. Elə münaqişənin indi – aprel ayında vüsət alması da bizim üçün qaranlıq olaraq qalır. Ən geniş yayılmış ehtimal budur ki, qlobal nüvə sammiti dövründə Rusiya bölgədə kimin “şəraitin və vəziyyətin ağası” olduğunu göstərmək istədi, çünki rəsmi Bakı Qərbə bir neçə pozitiv ismarış göndərmişdi. 
Təbii ki, sonuncu dərhal, heç iki gün keçməmiş Rusiyanın diqqətini cəlb etdi və nəticəsi də bu, oldu. Di gəl, bu, yeganə səbəb idimi? Doğrusu, bilmirik...
Amma indi məsələ səbəbdə deyil. Bəzən səbəbə varmadan belə nəticələri araşdırmalı olursan. Qərəz, Rusiya öz elçilərini göndərdi bölgəyə. Biri dedi ki, Azərbaycan AİB - yə və ya Kollektiv Təhlükəsizlik Təşkilatına üzv olsa yaxşı olar, digərisə ərz etdi ki, qan tökülməkdənsə münaqişənin donmuş vəziyyətdə qalması məsləhətdir. 
Biz də məyus - məyus bu bəyanatların dinləməli olduq. Başqa çıxış yolumuz yox idi, necə deyərlər, musiqini onlar sifariş edir...
Fəqət, yenə də gələcəyə unvanlı suallar adamı rahat buraxmır. Düşünürük ki, ruslar yenə də böyük oyun oynayırlar. Məqsəd də Azərbaycanı Avrasiya İqtisadi Biriliynə qatmaq, ya da bölgəyə Rusiyanın sülhməramlı qüvvələrinin gətirilməsidir...
İndi yerlərdən müxtəlif təkliflər gəlir. Bəziləri hətta təklif edirlər ki, ermənilərə konkret vaxt verilsin. Amma ən real vəziyyəti təbii ki, hökumətdə olan insanlarımız bilir – bölgədəki geosiyasi vəziyyətin detalları, bizim real imkanlarımız, əsl üstünlüklərimiz və itkilərimiz yalnız onlara məlumdur. Bəli, məlumatlardan həqiqi informasiyanı tutmaq olradı, amma o, təbliğata bükülü şəkildə verilir ki, bu, da təbiidir, hamı belə edir – hamı özünü üstün göstərməyə, itkilərini azaltmağa, düşmənin itkilərini isə artırmağa cəhd edir. 
Bir daha deyirik ki, bütün bunlar təbiidir...
Amma “Bundan sonra nə olacaq?” sualı havadan asılı qalıb. Doğrudan da bu məsələ ilə bağlı daha nəsə demək mümkündürmü?
Çox çətin məsələdir. Rusiyadan başqa status - kvo heç kimi qane etmir. Hamı Azərbaycanın ərazi bütövlüyünə dəstək verir. Rusiya isə özünün oyununu oynayır. Gödək boylu D.Medvedev ölkəyə səfər edərkən ağlıma gələn ilk fikir bu oldu ki, İlahi, gör, bizim taleyimizi kimə həvalə etmisən?..
Fəqət, nə etmək olar? Bu razılaşmadan ona görə pis qoxu gəlir ki, atəşi dayandırmaq haqqında qərar yenə də Moskvada, Rusiyanın vasitəçiliyilə baş tutdu. Daha çox adam bu fikirdədir ki, atəşkəsə getmək lazım deyildi. Amma bu halda Rusiyanın vəziyyətə müdaxilə etməyəcəyi haqda təminat vardımı?..
Azərbaycan Rusiyadan çox şey istəmir, sadəcə, onun neytral qalmasını arzulayır. Rusiya isə bunu vəd edə bilmir. Ona görə ki, onu Ermənistanla bu məsələdə hansısa formal öhdəliklər, formal tellər bağlamır. Bu, adi hərbi müttəfiqlik də deyil – məsələ bundadır ki, Ermənistan bu oyunda Rusiyanın “peşka”sıdır...
Niyə belə deyirik? ABŞ–la Türkiyə də hərbi müttəfiqdir. Amma bəzən onların da arasında ziddiyyət, fikir ayrılığı yaranır, hansısa məsələyə baxış haçalanır və bəzən də diametral şəkildə əks olur...
Ermənistana gəldikdə isə, onların fikri, mövqeyi yoxdur. Bu xalqı yalnız türklərə qarşı heyvani nifrət səciyyələndirir. Ruslar və Rusiya da həmin nifrəti məharətlə idarə edir, ondan faydalanırlar...
Nə demək olar? Bu da siyasətdir. Gərək, biz də bir az siyasətlə məşğul olaq...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ