SON DƏQİQƏ

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.

16:22 - Zərdab rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyatçısı Polis Leytinantı Anar Kamil oğlu Baxışlı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

16:05 - Millət Vəkili Nizami Səfərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

PressDent.Info

Zamanla özünə düşmən kəsilən...

Zamanla özünə düşmən kəsilən...
22-06-2015, 18:49 32746 dəfə baxılıb

Bugünlərdə Gəncə şəhərində ananın iki azyaşlı övladının başını kəsməsi faktı bir müddət bundan öncə Bakı kəndlərinin birində baş verən oxşar hadisəni yada saldı. Hansı ki, həmin olay zamanı qatil qismində yenə də doğma ana iştirak etmiş, öv övladını insan şüururunun dərk edə bilmədiyi xüsusi amansızlıq və qeyri-adi soyuqqanlılıqla qətlə yetirmişdi.

Son vaxtlar bir-birini təqib edən və getdikcə tendensiyaya çevrilən bu olaylar cəmiyyətdə qorxu, çaşqınlıq və müəyyən sarsıntı ilə qarşılanmaqdadır. Əslində yaradılışın ilk günündən himayədar qismində çıxış edən, övladı uğrunda canını belə fəda edən ananın öz rolunu birdən-birə dəyişməsi, öz övladının qəsdinə dayanması cəmiyyətin mövcud sosial-iqtisadi, ruhi-psixoloji, əxlaqi-mənəvi durumunu göstərməkdədir. Təbii, özlüyündə geniş və hərtərəfli şəkildə araşdırılmalı olan bu problemin səbəbləri haqqında ciddi tədqiqat olmadan qəti fikir söyləmək, hansısa nəticə çıxartmaq doğru olmasa da, problemin görünən tərəfləri də mövcuddur ki, bu tərəflərdən biri sosial-psixoloji amillərdir.

Heç kimə sirr deyil ki, bu gün böyük əksəriyyətin ağır sosial şərtlər altında yaşadığı ölkədə illər uzunu səfalətin dəmir pəncəsi altında əzilən yüz minlərlə insan var ki, uzunmüddətli məşəqqətli həyat onların sadəcə simasını deyil, daxili dünyasını, düşüncə sistemini də arzuedilməz yöndə dəyişib. Bu gün minlərlə insan var ki, onlar ağır sosial problemlər səbəbi ilə gələcəyə olan ümidləri ilə yanaşı öz əsəblərini, mənəvi-psixoloji sabitliklərini də itirblər. Zamanla özünə düşmən kəsilən, Allaha qarşı belə cəbhə alan bu insanlar üçün övladını öldürmək sadəcə an məsələsidir. Həyatla mücadilədə məğlub olan və ağır psixoloji yara alan bu insanların bir çoxu yaşadıqları ağır həyatı övladlarının da paylaşmaması üçün onları qətlə yetirir, öz təbirlərincə desək, gələcək işgəncə və məşəqqətlərdən həmişəlik sığortalayırlar.

Ümumiyyətlə, kimin nə deməyindən asılı olmayaraq, övladını qətlə yetirən anaları ittiham etmək, onları etdikləri əmələ görə suçlamaq doğru deyil. Çünki normalda heç bir ananın hətta ölüm təhlükəsi qarşısında belə öz övladının qəsdinə durması mümkün deyil.

Övlad qatili olan bu analar psixoloji baxımdan xəstə, mənəvi-fiziki baxımdan yorğun və ən əsası ümid və xəyal dünyası əllərindən alınan insanlardır. Bunlar o insanlardır ki, reallıqda arzuladıqları və layiq olduqları həyatın kölgəsinə belə rast gəlməyiblər və rast gələcəklərinə dair ən xırda işartı belə mövcud deyil. Onlar əllərindəki bıçaqla övlad görüşünə bütün arzu və ümidlərinə vida edərək, göylərin və yerin lənətini gözə alaraq gedirlər.

Biz psixoloji baxımdan xəstə olan bu insanları qınaya, onları etdikləri əmələ görə ittiham edə bilmərik. Bu, ayaqlarını itirən və fiziki baxımdan şikəst olan bir insanı ayaqqabı geyməməyə görə ittiham etməyə bənzəyər. Lakin biz gələcəkdə bu cür olayların qarşısını almaq üçün lazımi addımlar ata, anaları yenidən övladın himayədarına çevirə bilərik və bunun üçün  istər hökumət, istərsə də cəmiyyət olaraq hər kəsin edə biləcəyi çox şey mövcuddur. Bu məsələdə mövcud idarəetmə sisteminin üzərinə daha çox iş düşür. Çünki sosial problemlər səbəbi ilə baş verən istənilən cinayətdə birbaşa və ya dolayısı olaraq hakimiyyətin məsuliyyət payı mövcuddur və məhz hökumət öz iqtisadi-sosial siyasi kursu ilə insanların normal yaşamını təmin etməli, ananı övlad qatilinə çevirəcək qədər vəhşiləşdirməməlidir.

Biz özümüzü bizi biz edən anaya potensial qatil gözü ilə baxmaq, hər gün hər gecə evimizin içində öldürülmək qorxusu ilə yaşamaq əzabından xilas etməliyik. Və unutmamalıyıq ki,  anaları qatil, övladları qurban rolunda çıxış edən bir cəmiyyətin toplum olaraq xoş aqibətlə üzləşməsi absurtdur.

 

Xəyalə Məmmədova

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ