SON DƏQİQƏ

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.

16:22 - Zərdab rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyatçısı Polis Leytinantı Anar Kamil oğlu Baxışlı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

16:05 - Millət Vəkili Nizami Səfərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

PressDent.Info

Əsir statuslu azadlıq

Əsir statuslu azadlıq
28-07-2015, 18:45 34569 dəfə baxılıb

Yaxud ordenli xəyanətkarlar

Bugünlərdə Müdafiə Nazirliyi KİV-ə xitabən maraqlı bəyanatla çıxış edib. Cəbhə xətti ilə bağlı əsassız məlumatların ölkə mediasında yer alması ilə bağlı narahatlığın yer aldığı bəyanatda vurğulanır ki, “cəbhədə baş verən hər bir hadisə ilə bağlı məlumatların yayılmadan əvvəl rəsmi surətdə Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməsi zəruridir və vacibdi”.

Hər şeydən öncə qeyd edək ki, ordu ilə bağlı informasiyaların dərc edilməmişdən öncə Müdafiə Nazirliyi ilə razılaşdırılması məsələsi bundan öncə də həm Müdafiə Nazirliyi, həm də ali siyasi hakimiyyət bəzi təmsilçiləri tərəfindən dilə gətirilmiş, az qala məcburiyyət kimi təqdim edilmişdir. Halbuki, sadəcə Müdafiə Nazirliyinin deyil, istənilən dövlət və ya qeyri-dövlət qurumunun media qarşısında belə bir tələblə çıxış etməsi yalnız KİV haqqında qanunvericiliyin tələblərinin pozulması deyil, həm də media azadlığının əhəmiyyəli dərəcədə məhdudlaşdırılması deməkdir.

Təbii ki, milli maraqların nəzərə alınması yalnız media əməkdaşlarının deyil, fəaliyyət növündən asılı olmayaraq bütün peşə sahiblərinin diqqətində olmalı, onların fəaliyətinin qayəsini təşkil etməlidir. Lakin hətta milli maraqlar naminə olsa belə (aktiv hərbi və anti-terror əməliyyatları ilə bağlı bəzi istisnaları çıxmaq şərti ilə - S.Ə) media azadlığını məhdudlaşdırmaq, onun yazılarını hansısa dövlət orqanının senzurasından keçirmək yolverilməzdir. Çünki istənilən dövlətdə demokratiyanın səviyyəsi ilk öncə medianın azadlıq səviyyəsi ilə ölçülür. O yerdə ki, media azad deyil, o yerdə ki, mediada dərc edilən yazılar hansısa dövlət orqanının razılığı ilə dərc olunur, orada sadəcə media azadlığından deyil, hər hansı demokratik azadlıqdan söhbət gedə bilməz.

Biz ordumuzu sevir, onun mübarizliyini, fədakarlığını, ayıq-sayıqlığını təqdir edirik. Bu gün hər bir azərbaycanlı öz təhlükəsizliyinə görə Azərbaycan ordusuna, onun mətinliyinə borcludur. Lakin ordunu, bu ordunun milli maraqlarımızda oynadığı müstəsna rolu bayraq edərək media azadlığını məhdudlaşdırmaq, onu Müdafiə Nazirliyindən asılı vəziyyətə salmaq, dövlət qurumunun əlavəsinə çevirmək olmaz. Azərbaycan ordusunun marağına, onun təhlükəsizliyinə  zidd olan hər hansı bir addımın atılması nə deməkdirsə, media azadlığının məhdudlaşdırılmasına yönəlik hər hansı addımın atılması da o deməkdir. Media azadlığının qorunması Azərbaycanın milli maraqlarının bir parçasıdır və səbəb nə olursa-olsun bu azadlığa qismən də olsun qəsd etmək dövlətə və dövlətçiliyə xəyanət eləmək deməkdir.

Dövlətin və demokratiyanın təməl prinsiplərini üz-üzə qoymaq, onları bir-biri ilə qarşı-qarşı gətirmək, birini qurban vermək hesabına digəri xilas etmək doğru deyil. Media azadlığının ən böyük üstünlüyü onun həqiqətən də kimsədən asılı olmaması, səhihliyindən əmin olduğu informasiyanı yazmaq və yaymaq özəlliyidir.

Təbii, bəzi hallarda mediada yer alan hər hansı informasiyanın yanlış olması, həqiqətə qismən və ya tam olaraq zidd olması da mümkündür. Ola bilsin ki, bəzi media orqanları həqiqətən də cəbhə xəttində baş verən proseslərlə bağlı doğru informasiya yaymayıb. Lakin bunu əsas gətirərək bütün media orqanlarını Müdafiə Nazirliyinin qılıncının altından keçməyə, onun təlimatı əsasında fəaliyyət göstərməyə vadar etmək absurtdur. Bu, əyər-əskiyi onsuz da çox olan media azadlığına əsir statusu qazandırmaq deməkdir.

Məlum proseslər fonunda diqqət çəkən və narahatlıq doğuran digər bir amil də media nümayəndələrinin, özünü Azərbaycan mediasının canlı əfsanəsi, and yeri hesab edən insanların – “media nəhənglərinin” susqunluğudur. Maraqlıdır ki, cəmi bir neçə gün bundan öncə 800-dən çox media əməkdaşı dövlət tərəfindən təltif edilmək üçün rəsmi şəkildə müraciət etdiyi halda, bu gün Azərbaycan mediasının azadlığının məhdudlaşdırılması cəhdlərinə etiraz edən, buna ən zəif şəkildə müqavimət göstərən 8 nəfər belə olsun yoxdur.

Ona görə yox deyil ki, onlar baş verənlərin azad mediaya qəsd olduğunu dərk etmir, bu təhlükənin miqyasını anlamırlar. Ona görə ki, onlar həqiqəti deyənə “Tərəqqi” medalının,  “Əməkdar jurnalist” adının verilmədiyini bilirlər. Medal eşqi, təltif ehtirası onların gözlərini kor, qulaqlarını kar edir. Onlar üçün önəmli olan öz şəxsi maraqlarını medianın faciəsi hesabına belə olsa təmin etməkdir.

Onlar illərlə redaksiyalarda yazıb-yarada, köç salıb yaşaya bilərlər. Onların qələmindən ara-sıra sanballı yazıların çıxması da mümkündür. Lakin onlar heç vaxt həqiqi jurnalist, ləyaqətli qələm sahibi ola bilməzlər. Çünki onlar gerçək jurnalist olmaq üçün gərəkli olan azad təfəkkürə, peşə naminə özünü qurban vermək fədakarlığına malik deyillər. Odur ki, onaların damarından qan deyil, mürəkkəbin axması belə bu insanları jurnalist edə, onlara belə bir status qazandıra bilməz. Onlar sadəcə peşəsinə dönük çıxan xəyanətkarlardır. Ordenli, medallı xəyanətkarlar...

 

Seymur Əliyev

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ