SON DƏQİQƏ

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.

16:22 - Zərdab rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyatçısı Polis Leytinantı Anar Kamil oğlu Baxışlı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

16:05 - Millət Vəkili Nizami Səfərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

PressDent.Info

Heydər Əliyev çox bilgili olub, yoxsa Əli Həsənov?

Heydər Əliyev çox bilgili olub, yoxsa Əli Həsənov?
14-01-2015, 15:59 32214 dəfə baxılıb

Əli Həsənovun qəzeti Heydər Əliyevin mükafatlandırdığı məşhur media maqnatını necə aşağıladı?

Azərbaycan hakimiyyəti başını təmiz itirib. Bunun başqa adı varsa, deyin. Sübut.

Bu gün Əli Həsənovun xanımının baş redaktorluq elədiyi qəzet Türkiyənin məşhur Doğan Holding`inin rəhbəri Aydın Doğanı öz aləmində məhvi-nabud edib.
(Aydın Doğan Türkiyədə CNN-türk, Hürriyet, Radikal və s kimi ciddi media orqanlarının rəhbəridir).
Çox mərifətsiz şəkildə Aydın Doğanın qeyri-qanuni nikahdan anadan olduğuna işarə edilib, onun atasının kimliyi şübhə altına alınıb. Bu hələ heç.
Əli Həsənovun qəzeti birbaşa faşizmlə yuvarlanıb. Aydın Doğanın qanında erməni qanı olduğun qabardıb: Azərbaycana yönəlik tənqidləri bu `fakt`la əlaqələndirib.

***

Birincisi, Doğanın erməni olması ilə bağlı qəzet heç bir ağılabatan, məntiqi, inandırıcı fakt ortaya qoymayıb.
İkincisi, qanda `erməni elementi` daşımaq avtomatik Əliyevçi rejimə düşmən kəsilmək deməkdirsə, o zaman Əli Həsənovun qəzeti izah versin.

Siz erməni mənşəsi olan azı 5 nazir və komitə sədrinin qanının sterilləşdiribsiniz? Nə əcəb o `erməni qanı` imkan verir ki, bu nazir və komitə rəhbərləri sizin siyasətinizi alqışlayır, dəstəkləyir.

Nəhayət, çox şükür, cənab Həsənovun qəzeti Aydın Doğanın BDU-nin "fəxri doktoru" olduğunu unutmayıb. Ancaq, guya çoxbilmişlik edib bunun üzərindən sürətlə və astaca keçiblər. Əslində isə Əli Həsənovun qəzetinin yazdığı uzun sicilləməyə cavab, özü də çox tutarlı cavab bu `fəxri doktor`luqda gizlənib.

Cənab Həsənovun qəzeti yazmaya bilər, biz isə yazaq və aydınlaşdıraq. "Atası və milləti" şübhəli, Azərbaycan düşməni olan Aydın Doğan hansı xidmətlərinə görə BDU-nun o yüksək ödülünə layiq bilinib.

***

Bizə tarix özü şahidlik edəcək. Özü də rəsmi, inzibati tarix. Əlimizdə `Xalq qəzetinin` 07 sentyabr 2001 saylı nömrəsi var. Bu nömrədə Heydər Əliyevin Aydın Doğan daxil olmaqla bir neçə türk jurnalistlə görüşündən bəhs edir. Uzun söhbətin bizə maraqlı olan hissəsini təqdim edirəm.

Heydər Əliyev: “Bizim Azərbaycanın ilk universiteti var, Bakı Dövlət Universiteti. O, 1919-cu ildə yaranıbdır, böyük tarixi var və çox da yüksək təhsil verən universitetdir. Universitetin elmi şurası qərar qəbul edibdir ki, Sizə, hörmətli Aydın Doğana Bakı Dövlət Universitetinin fəxri doktoru adını versinlər. Nəyə görə? Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrinin inkişaf etməsində göstərdiyi böyük xidmətlərə görə və bütün başqa sahələrdə də Azərbaycan-Türkiyə əlaqələrinə göstərdiyi böyük xidmətlərə görə. Saat dörddə orada da, universitetdə bütün professorlar, müəllim heyəti toplaşacaqlar və Sizə fəxri doktor adını verəcəklər. Güman edirəm Siz də bunu qəbul edəcəksiniz”.

***

Beləliklə, bu kiçik iqtibasdan qısa nəticələr çıxarsaq, onda ya Əli Həsənov və qəzetinin Heydər Əliyevdən çox bildiyini, adamları yaxşı tanıdığını iddia eləməliyik, ya da əksini. Başqa varinat görünmür. Adama (A. Doğana) bunların ulu öndər saydıqları liderləri `Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrinin inkişaf etdirmək, bütün başqa sahələrdə də Azərbaycan-Türkiyə əlaqələrinə göstərdiyi böyük xidmətlərə` fəxri doktor adı verdirir, özləri isə həmin adamı `bic`, `erməni mənşəli, erməni qanlı` çıxarır.

İndi maraqlı suallar yaranır, çox yaxşı olar ki Əli Həsənov və qəzeti onlara qarşıdakı günlərdə aydınlıq gətirsin.
Məsələn, bunlara.

Aydın Doğanın qanını Əli Həsənov və qəzeti nə vaxt laborotor analizdən keçirib? Axı Aydın bəy erməni mənşəli və atası naməlum olması pis və qəbahətli məsələ idisə, məntiqlə bu 2001-də də ona eyni yanaşma göstərilməliydi, nəinki mükafatlandırlayıydı. Necə olub ki, `dünya şöhbərli siyasətçi` Heydər Əliyev bu faktları bilməyib? Olmaya, Əli Həsənov və qəzeti özlərini Heydər Əliyevdən daha savadlı, daha bilgili və Türk təəssübkeşi sayır? Yoxsa, bütün bunları bilə-bələ ona `fəxri doktor` adın əta ediblər? Razılaşın ki, elm bu faktı inkar edir ki, Aydın Doğan və yaxud bir başqası 10 il əvvəl bir qana, bir millətə mənsub olsun, sonra isə qanın və millətin dəyişsin. Çox təəssüf ki, elm bu məsələdə Əli Həsənov vvə qəzetini məyus edir. Bu hələki mümkünsüzdü.
Başqa bir sual da yaranır.

***

Aydın Doğanın rəhbərlik elədiyi KİV-i bu qədər bizə dövlət və xalq olaraq düşmən kəsilibsə, o zaman Əli Həsənov və qəzetinin keçən ilədək Doğanın jurnalistlərini dövlət vəsaiti hesabına Azərbaycana dəvət edib, onlara quzu-kababı, kürü atəşinə tutmaları nə mənaya gəlir. Təkrar edirəm, hələ mən bildiyimə görə Doğan qrupunun jurnalistlərindən azı 5-i yaxın 2-3 ildə vaxtaşırı Mədəniyyət nazirinin dəvəti ilə ölkəmizdə olub, gedib qəzetlərində "analoqsuz inkişafımızdan" dəm vurublar.

Bütün bu baş verənləri ümumimiləşdirəndə aydın bir yekun alınır. Yekun da ondan ibarətdir ki, nə Aydın Doğan və onun nəşrləri ermənipərəst, türk düşmənidir, nə də Azərbaycan hakimiyyəti milli mənafeləri güdən və türk təəssübkeşi.

Nə zaman ki avtoritar Əliyev rejimin onlar tərifləyib, ən azı bunların özbaşınalıqlarına, kriminal fəaliyyətinə loyal yanaşıblar təltiflənib, Türkiyə- Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinə` görə təltifləniblər, nə zaman (indiki kimi) ölkəmizdəki haqsızlıqları ufaq şəkildə dilə gətiriblər, olublar `qanı xarab`, `bic`, türk düşməni`. Məsələ bu qədər sadədir.

Sonda, yaxşı olar ki Əli Həsənov və qəzetləri dünyanın nüfuzlu medai holdinqlərini söyüb, gözdən salmaqdansa, korrupsiya ilə az məşğul olub, jurnalistlərinə fəaliyyət azadlığı verməklə sanballı bir nəşr nümunəsi yaratsınlar. Başqalarını pisləməklə siz ucalmayacaqsınız, sözünüzün etibarlı olması üçün öz sanbalınızı artırın, yoldaşlar.

NATIQ GÜLƏHMƏDOĞLU

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ