SON DƏQİQƏ

PressDent.Info

Dəyişikliyin coğrafiyası

Dəyişikliyin coğrafiyası
3-02-2014, 15:18 23339 dəfə baxılıb

Axı müsbət baxımdan adını tarixə yazdırmaq, ölkəsini sivil dünyanın bir parçasına çevirmək, vətəndaşına təminatlı həyat bəxş etmək istəyində olan hansı lider bu tarixi şansdan yararlanmazdı? Bəli, Saakaşvili ilk olmasa da, hələlik regionda sonuncu siyasi liderdir ki, yaranmış tarixi  vəziyyəti, ölkəsinin azadlığı, xalqının xöşbəxtliyi naminə dəyərləndirməyi bacarıb. Qərb dəyərləri ilk olaraq Saakaşvilinin özünə lazım idi. Onun hazırkı statusu əksini iddia etməyə yer qoymur. Zamanında Rəsulzadə də ölkəsinin müstəqilliyi, vətədaşının azadlığı üçün belə etmişdi. Indi heç bir qüvvə onu tarixdən silə, Azərbaycan tarixindəki xidmətlərinə kölgə sala bilmir. Əksinə, bunun üçün bütün gücünü səfərbər edənlər, sonda ondan yaralanmağdan başqa bütün yolların səmərəsiz olduğunu dərk edir.

Şərqdə ilk demokratik respublika quran kişinin nəvələri uzun illər, Saakaşvili hakimiyyətə gələnə qədər, qanunların işləməsi, hüququn aliliyi, insan haqlarına hörmət, vətəndaşların bütün sahələrdə təminatı baxımından Avropaya istinad edirdisə, bu gün Rəsulzadəni özünə örnək seçən Saakaşvilinin yenidən qurduğu Gürcüstandır istinadgah, təəssüf ki. Ola bilsin ki, bu gün Gürcüstanın dövlət büdcəsi hansısa Qərb şirkətinin büdcəsindən dəfələrlə azdır. Ola bilsin ki, Gürcüstan vətəndaşlarının hamısının birlikdə il ərzində əldə etdikləri gəliri Azərbaycanın hansısa ikinci, üçünçü dərəcəli məmuru bir rübdə əldə edir. Amma dünyanın ən nəhəng ölkəsi, Rusiya başda olmaqla, bütöv bir regionun xalqları bu ölkədəki idarəçiliyə, insan haqlarına, qanunun aliliyinə istinad edirsə necə? Bu o demək deyilmi ki, azadlıqların təmin olunduğu istənilən ölkə, sərvətlə zəngin, avtoritar rejimlərin idarəçiliyində olan ölkələrdən daha xoşbəxt, daha firavandır? Əlbəttə, təbii zənginlik, azad ölkələrə əlavə üstünlükdür, inkişafın zirvəsini yaşayan xalqalarla rəqabət imkanı deməkdir, azad ölkələr üçün ikiqat xöşbəxtlikdir. 

Bəli, artıq Saakaşvili prezident deyil, eyni zamanda regional lider olmaqdan da çıxıb. Indi onun bütün addımları müzakirəyə səbəb olur, dünyanın ən nüfuzlu mətbuat orqanlarının daim diqqət mərkəzindədir. Ukraynada baş verən proseslərdə Saakaşvilinin yaxından iştirakı isə, Qərbin bu siyasi fiqurla daha ciddi planlarının olduğunu deməyə əsas verir. Onun son açıqlaması da buna əyani sübutdur. Saakaşvili bu açıqlama ilə regionun altını üstünə çevirdi, Qərbin dəyişiklik gözlədiyi çoğrafiyanı açıqladı, xalqlara və idarəçilik başında olan rejimlərə demokratiyanın alternativsiz olmasını xatırlatdı. Ələbttə, bu, Saakaşvilinin ilk belə çıxışı deyil. O, dəfələrlə Gürcüstanı regiona nümunə kimi göstərib, qurduğu sistemin üstünlüklərindən danışıb. Bu dəfə maraqlı məqam ondan ibarətdir ki, Saakaşvili özünün yaratığı sistemin üstünlüklərini önə çəkməklə kifayyətlənməyib, həm də region ölkələrini Gürcüstanla müqayisə edib. Orta Asiyada və Qafqazdakı mövcud rejimlərin idarəçilik formalarını incələyib. Həm də Putin başda olmaqla, konkret adlarla. Əlbəttə, prosesin təkanverici qüvvəsi Qərb olsa da, Saakaşvili öz fəaliyyətində bütün hallarda Gürcüstanın imicini, onun inkişafını əsas götürüb. Ukraynada baş verənlərdə yaxından iştirakı, antidemokratik rejimləri adları ilə göstərməsi də Gürcüstanın inkişafına hesablanıb. Amma bu, təkcə inkişaf məsələsi deyil, həm də ölkəsinin müstəqil dövlət kimi mövcudluğuna əbədi təminat məsələsidir. Dünənə kimi zəngin, amma idarəçilik baxımından demokratik olmayan Azərbaycan, forpost Ermənistan Saakaşvilinin maraqlarına cavab verirdisə, bu ölkələrin arasında Gürcüstanı Qafqazın lider ölkəsi kimi görməyin həzzini yaşamaq var idisə, indi şərtlər dəyişib, regionun bütünlüklə demokratikləşməsi, Rusiyanın təsirindən tamamilə çıxmasıdır əsas şərt.

XALID QARAYEV

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ