SON DƏQİQƏ

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.

16:22 - Zərdab rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyatçısı Polis Leytinantı Anar Kamil oğlu Baxışlı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

16:05 - Millət Vəkili Nizami Səfərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

PressDent.Info

Ramiz Mehdiyev son kartını açdı

Ramiz Mehdiyev son kartını açdı
13-01-2014, 14:46 37787 dəfə baxılıb

Hakimiyyət daxilindəki üçüncü qruplaşma ciddi oyunlara  hazırlaşır; «boz kardinal» mövqe savaşında «qan itirir»

Bu ötən ilin yazından hiss olunmağa başlayırdı. Hiss olunurdu ki, hakimiyyət daxilində yeni bir güc mərkəzi formalaşmaqdadır. Daha doğrusu, güc mərkəzləri arasındakı savaşlar tərəflərdən birinin ağırlıq sahəsinə keçir. YAP-ın qurultayı günü bunun artıq müəyyən məsafə qət etdiyini deməyə əsas verən xəbərlər də yayıldı. Ramiz Mehdiyevi qarşılayan olmamışdı. O, Oqtay Əsədovla yanaşı oturmaq məcburiyyətində qalmışdı.
Vəziyyət xeyli dərəcədə kritikləşirdi. Ordu daxilində baş verən olaylara dair müxtəlif xəbərlər yayılırdı. O da bildirilirdi ki, Səfər Əbiyevə qarşı planlı təxribatlar gedir. Biz bu barədə daha detallı yazmaq istəmirik, amma aydın sezdirilirdi ki, olayların arxasında yenə bir mərkəzin ardıcıl provakasiyaları durur.
Əslində, ölkənin siyasi həyatındakı mühüm olaylar da bu fiqurlar ətrafındakı söz-söhbətləri gərginləşdirirdi. Ilham Əliyev vəziyyətə siyasi baxımdan nəzarət edə bilməsə də, onun nəticələri təftiş etmək imkanı vardı. Bəli, bu həm də o deməkdir ki, kim özünü təmizə çıxara bilməsə, qələmi qırılacaqdı. Ilham Əliyev üçün hakimiyyətin zirvəsindəki çalxalanmalar həm də ona görə vacibdir ki, o, vaxtaşırı özünü kiməsə göstərsin. Kriteriya qətiyyən qanun və ya dövlət maraqları ola bilməz. Belə olsaydı, məhkəmə məşğul olardı. Əsas meyar odur ki, kimə qarşı baş verib, nəticəsindən Ilham Əliyevə ziyan dəyib, yoxsa yox.  Beləliklə, hakimiyyət daxilində baş verən yeni qarşıdurmanın ilk meyarı mənfəətdir. Ikinci məsələ isə proseslərə yön vermək imkanı uğrunda savaşdır.

Ramiz Mehdiyev niyə “laxladı”?

Bu suala cavab olaraq, biz Paşayevlərin Kəmaləddin Heydərovun mövqelərini özünə doğru əyməsini göstərə bilərdik. Amma bu faktın özü, hətta Mehdiyevin bir siyasi planlayıcı kimi tam sıradan çıxmasına əsas ola bilməzdi. O, hakimiyyətdə əsas siyasi faktoru və hakimiyyətin bağlı olduğu siyasi ənənənin vətəni sayılan Kremli təmsil edirdi. Yəni, inzibati gücü və onun xarici bağlantısını. Ramiz Mehdiyev Moskva ilə münasibətlərdə uğur əldə edə bilmirdi. “WikiLeaks” olaylarından sonra Kremlin Ilham Əliyevə münasibəti dəyişmişdi. Putin şəxsən söyüldüyü üçün Ilham Əliyevə qarşı kin duyurdu. Mehdiyev isə bu istiqamətdə çox uğursuz görünürdü. Ilham Əliyevin “mən bilmirəm, həll edin” məntiqi ilə davranması Kremllə münasibətləri daha da gərginləşdirdi. Bundan istifadə edən Heydərov alternativ yollar axtardı. Kremllə münasibətləri heç olmasa, sabitləşdirmək lazım idi. Ilham Əliyev o qədər qəzəbli idi ki, Putinə yaxın sayılan iş adamı Ilham Rəhimlini demək olar ki, tamam sıradan çıxardı. Putinin yaxın adamı isə tez-tez Mehdiyevin nəzrətində olan media orqanlarına çıxır və Ilham Əliyevlə Putinin münasibətlərinə töhfə verə biləcəyinə üstüörtülü eyhamlar vururdu. Bu da Ramiz Mehdiyevin gücünə güc qatmaq məqsədi daşıya bilərdi, amma cəhdlər uğursuz oldu.
Nəhayət, Heydərovun ciddi çabaları və Ilham Əliyevin şəxsi geriçəkilmə mesajları qısamüddətli bəhrə verdi. Putinin Bakı səfəri baş tutdu. Belə xəbərlər yayılırdı ki, Ilham Əliyev bu səfər zamanı 4 milyarddan keçib. Yəni, artıq siyasi anlaşma mümkün deyildi. Müqavilə isə pulun və ya münasibətlərin korlanmasına qədər idi. Orxan Zeynalov hadisəsi isə vəziyyəti yenidən pisləşdirdi.
Ramiz Mehdiyev bütün bu proseslərdə, hətta seçkilərdə də demək olar ki, görünmədi. Gülər Əhmədova olaylarını da bunun üstünə gəlsək, Ramiz Mehdiyev xalq arasına çıxması arzulanmayan şəxslərdən sayılmışdı. Amma bir pis adamın başqa bir pisi təmsil etməsi xalq üçün elə də ciddi fərqli məsələ deyildi. Gülər Əhmədova məsələsində Ramiz Mehdiyev ifşa olunduğuna görə deyil, həm də bu olaylarda Ilham Əliyev və yaxın ətrafının adı hallandığına görə “boz kardinal”ın adının üstündən “otverka” ilə qara bir cız çəkildi. Həm bu məsələ, həm də Rusiya ilə münasibətlərdə ciddi rol oynaya bilməməsi Mehdiyevin siyasi imkanlarını demək olar ki, 40 faiz azaltdı. Bu isə Mehdiyevə ilk ciddi zərbə idi.

Əli Əsədov gəlir...

Bu ad insanlara çox tanışdır. Prezidentin iqtisadi məsələlər üzrə köməkçisidir. Ilham Əliyevlə şəxsən sıx təmasda olan  bir neçə nəfərdən biri sayılır. O, hakimiyyətdaxili oyunların yeni keyfiyyət mərhələsində əsas fiqurlardan birinə çevrilib. Ramiz Mehdiyevin hakimiyyət daxilindəki təsir rıçaqlarını bir-bir ələ keçirməyə çalışır. Demək olar ki, hazırda bir çox mühüm məsələlərə onun müdaxilə imkanının olduğu barədə faktlara əsaslanan məlumatlar var. Onun parlamasına isə iki mühüm amil səbəb olub. Məlumatlarda deyilir ki, Zeynal Nağdəliyev və Məhərrəm Əliyev Prezident Administrasiyasında yeni təyinatla fərqləndiriləndə məqsəd belə olub ki, onlar müxtəlif sahələr üzrə Ramiz Mehdiyevi əvəzləməyə cəhdlər etsinlər, bir müddət sonra Mehdiyev Fuad Ələsgərovla əvəzlənsin. Amma bu baş vermir, ona görə ki, adıçəkilən fiqurlar Ramiz Mehdiyevin təsir dairəsinə müdaxilə edə bilməyiblər. Yəni, bu əməliyyat uğurlu olmayıb. Bunun ardından isə ideyanın müəllifi özü dövriyyəyə girib və birbaşa həmlələr edib. Əli Əsədov artıq Ramiz Mehdiyevin hakimiyyət daxilindəki dəngələrini sıradan çıxarmaqdadır. Amma Mehdiyev də nəsə edə biləcəyini ortaya qoymaq üçün hələ də çalışır. Onun öz postunu qorumaq üçün daha nələrə əl atdığını qeyd edəcəyik.
Bir məqama diqqət çəkmək yerinə düşür. Nəzarətdə olmayan medianın, xüsusilə “Azadlıq” qəzetinin sıradan çıxarılmasında həm də bir düşünülmüş məqsəd var. Hakimiyyətdaxili mübarizənin bu templə davam etməyəcəyi bəllidir və indidən media sıradan çıxarılır ki, daxili qarşıdurma ictimailəşməsin, daha kəskin ziddiyyətlər ifşa olunmasın. Bu məsələdə Ilham Əliyevin birbaşa maraqlı olduğu da açıq-aydın görünür. Ilham Əliyev əslində, iki qruplaşmadan birini sıradan çıxarmağa məhkumdur. Çünki hakimiyyət daxilində üçüncü qüvvənin yaranması həm də yeni siyasi situasiya yarada bilər. Oğul Əliyevi inandırıblar ki, ixtiyari üçüncü qüvvə eynigüclülər arasında seçim edib, hansısa birinə üstünlük versə, hakimiyyət tam süqut edə bilər.
Bununla belə, gərginlik yeni fazaya daxil olub. Bir tərəfdə Paşayevlər və Heydərov, o biri tərəfdə Əli Əsədov və onun yaxın çevrəsi, üçüncü tərəfdə isə hər zaman lazımlılığını sübut etmək üçün ciddi fəsadlar yarada bilən Mehdiyev və komandası... Bütün bunlar yeni siyasi vəziyyətin açılmaz düyünləridir.

Mehdiyevin son oyunu

Milli Şura daxilində baş verənlərin anonsu birmənalı olaraq hər zaman Ramiz Mehdiyevə yaxın olan qəzetdə dərc edilib. Yuxarıda dediyimiz kimi, bu media orqanı həm də vaxtaşırı Rusiya və Mehdiyev arasındakı Ilham Rəhimlidən müsahibələr almaqla, Putinin buradakı xəttini ortaya qoyurdu. Ramiz Mehdiyevə yaxınlığı heç kimdə şübhə doğurmayan qəzetin, hətta Milli Şuranı “rus projesi” adlandırması üstündən sükutla keçilməli məsələ deyil. Deməli, Rusiya həm də Milli Şuranı ləkələmək işində bu qüvvələrdən istifadə etmişdi. Mehdiyev isə sonuncu şansı kimi, müxalifəti parçalamağı görürdü. O, Ilham Əliyevə hələ edə biləcəklərinin hamısını etmədiyi mesajını vermişdi.
Milli Şurada baş verən müzakirələrin detalları hər şeyin necə həyati önəmli olduğunu ortaya qoyur. Müsavat partiyasındakı bir qrup əvvəlcə Rüstəm Ibrahimbəyovun sədrliyinə qarşı çıxır. Ibrahimbəyov gedə biləcəyini deyir. Sonra bu qrup iddia edir ki, həmsədrlik yolverilməzdir. Ibrahimbəyov birlik naminə bu güzəşti də edir. Bundan sonra Ibrahimbəyov Milli Şuranın sessiyasında tam əksəriyyətin səsi ilə quruma Fəxri sədr seçilir. Müsavat başqanı başqa bir ölkənin vətəndaşının fəxri sədr olduğu qurumda olmağı məqbul saymayacaqlarını deyir. Ibrahimbəyov məktub yazaraq, bu postdan da imtina edir. Addımını belə əsaslandırır ki, müxalifətin birliyi hər şeydən daha önəmlidir. Bu arada Müsavat partiyası Məclis keçirir və Milli Şurada qalıb-qalmamaq məsələsi orada müzakirə olunmur. Partiya funksionerlərindən biri mediaya bildirir ki, bu məsələ müzakirə mövzusu deyil. Iki gün keçəndən sonra Ramiz Mehdiyevə yaxınlığı heç kimdə şübhə doğurmayan Zahid Oruc belə bir açıqlama ilə çıxış edir ki, Isa Qəmbər düşünməlidir: ya Milli Şuradan çıxmalıdır, ya da Müsavat parçalanacaq. Bu açıqlamadan (mesajdan) iki gün sonra Müsavat Partiyası Milli Şuradan çıxmaq barədə qərar qəbul edir.
Beləliklə, Müsavat daxilindəki qrup heç bir əsas gətirə bilmədən partiyanı Milli Şuradan qoparır. Bütün bunları edərkən AXCP üzərinə hücum taktikası da seçilir ki, bu oyunun ifşası çətinləşsin.
Ramiz Mehdiyev isə demək olar ki, zorla həyata keçirdiyi əməliyyatda bir daşla bir neçə quş vurmaq imkanı əldə etdi. Ilham Əliyevə sübut etdi ki, o hələ də nəsə edə bilər və etdikləri hakimiyyətin ömrünün uzanması üçün mühüm sayılacaq addımlardandır. Amma bütün hallarda öz meydanının 70 faizindən sıxışdırılmış Mehdiyev üçün saman çöpü sayılacaq  sonuncu amil də uzun müddət dayanıqlı olmayacaq. Çünki proseslərin sosial mahiyyəti yalnız barışmaz etiraza aparır. Indi hər hansı qüvvənin konstruktivləşməsi qısa müddət ərzində onu deşarj edir və “qan itirməsi” effektilə sıradan çıxarır. Hazırki müxalif bazanın kod fəaliyyəti hakimiyyətlə uzlaşmaq deyil, hakimiyyətin oğurladıqlarını geri almaqdır.

Və nəticədə...

Bəlli oldu ki, İlham Əliyev hələ bir müddət üçüncü qüvvəni sıradan çıxara bilmir. Ramiz Mehdiyev bu projeni Müsavatı parçalamaq və Isa Qəmbəri sıradan çıxarmaq mərhələlərinə aparacaq. Bununla da 2015 gəlib çatmış olacaq və yeni şəraitdə hansı spontanlıqların baş verəcəyi bəlli deyil. Yəni, hakimiyyət daxilində dəngələr hər an dəyişmək gücündədir və iki güclüdən biri üçüncüdən istifadə üçün cəhdlər edə bilər. Bu da 2015-dən daha tez kataklizmlər deməkdir.

SEYMUR HƏZI

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ