SON DƏQİQƏ

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.

16:22 - Zərdab rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyatçısı Polis Leytinantı Anar Kamil oğlu Baxışlı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

16:05 - Millət Vəkili Nizami Səfərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

PressDent.Info

Əhməd Davudoğlunun səfəri və bölgədən qovulan Rusiya

Əhməd Davudoğlunun səfəri və bölgədən qovulan Rusiya
5-12-2015, 17:20 40368 dəfə baxılıb

Rusiya-Türkiyə münasibətlərindəki gərginlik artmaqdadır. Belə bir vaxtda Türkiyənin baş naziri Əhməd Davudoğlu Bakıya səfər etdi. Azərbaycan və Türkiyə strateji müttəfiqlər olduqlarını bir daha sübuta yetirdilər. 
 
Ə.Davudoğlunun Bakıda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanatlar da diqqəti çəkdi. Görünən budur ki, Türkiyə münaqişənin həllində maraqlıdır. Lakin Moskva ilə “soyuq savaş” yaşayan Ankaranın Qarabağla bağlı Bakıya açıq dəstək verməsi İrəvanla yanaşı Moskvanı da qıcıqlandırır. Kənar baxışla görünən budur ki, münaqişə hərbi əməliyyatlar müstəvisinə keçərsə, bu və ya digər baxımdan Ankara prosesə qatılmış olacaq. Belə olduqda, Ankara-Moskva qarşıdurması daha da dərinləşə bilər ki, Türkiyə bunda maraqlı deyil. Ankara münaqişənin həllində dinc vasitələrin işə salınmasına çalışır. 
Digər tərəfdən, Türkiyə qlobal layihələrə cəlb olunub və bunların gerçəkləşməsi qardaş ölkənin maraqlarına cavab verir. Enerjidaşıyıcılarına malik olmadığından Türkiyə tranzit ölkə kimi aparıcı rol ala bilər. Bu baxımdan, Cənubi Qafqazda hərbi münaqişənin başlaması Ankaranın maraqlarını zərbə altına qoyur.  Daha bir məqam isə ondan ibarətdir ki, Dağlıq Qarabağ məsələsindəki hər hansı bir inkişaf “erməni məsələsi”nin yumşalmasına gətirir. Hazırkı geosiyasi durum Qarabağ münaqişəsi ilə bağlı hər hansı addım hərbi əməliyyatlar təhlükəsini azaldır. Bunun nəticəsində Ermənistan-Türkiyə-Azərbaycan arasında kommunikasiyaların açılması ideyası meydana çıxa bilər. 
Türkiyədə keçirilən son parlament seçkilərində AKP iqtidarı daha da möhkəmləndi. İndi AKP-yə diplomatiyada da yeni müttəfiqlər lazımdır. Bu baxımdan, Türkiyə diplomatiyası Rusiyanın Cənubi Qafqazdan qovulmasına yardımçı ola bilər. 
Ortaya çıxan iddialara görə, Ermənistan Dağlıq Qarabağda azərbaycanlıların yaşadıqları 6 rayonu mərhələ-mərhələ Azərbaycana qaytarmağa razıdır.  Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı və Zəngilanın Azərbaycana qaytarılacağı barədə zondaj xarakterli məlumatlar yayılmaqdadır. Bu məlumatlara inansaq, növbəti mərhələdə Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək üçün region bir müddətliyə müvəqqəti hökumətə veriləcək. Status müəyyən edildikdən sonra Kəlbəcər rayonu da Azərbaycana qaytarılacaq. Buna qarşılıq olaraq Azərbaycan Ermənistanın şose və dəmiryolunu açacaq. 
Nəhayət, Ermənistan və Dağlıq Qarabağ arasındakı sərhəd bölgəsinə beynəlxalq sülhməramlılar yerləşdiriləcək. Bu qüvvələrin tərkibində tərəf və müdaxiləçi ölkə kimi Rusiya yer almaya bilər. Bakı, Ankara və Vaşinqtonun çalışdığı da elə budur.
İndi bu sual aktualdır - Qarabağ danışıqları ilə bağlı ziddiyyətli məlumatlar haradan qaynaqlanır? Məsələ ondadır ki, Dağlıq Qarabağ münaqişəsi həll edilməmiş Türkiyə-Ermənistan münasibətləri normallaşarsa, bu, əlbəttə ki, Bakı-Ankara münasibətlərinə mənfi təsir göstərəcək. Ona görə də Türkiyə bu və ya digər dərəcədə Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyişin baş verməsində maraqlıdır ki, Ankara-İrəvan münasibətlərinin yaxşılaşması Bakı-Ankara əlaqələrinə mənfi təsir göstərməsin. Bu gün Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması yönündəki addımlarla müqayisədə Azərbaycan üçün daha təhlükəlisi Ankara və Moskva arasındakı yaxınlaşması ola bilərdi. Türkiyə və Rusiya münasibətləri isə gərginləşməkdə davam edir. 
Parlament seçkilərindən sonra Ankaranın  Rusiyadan uzaqlaşması ehtimal edilən idi. Bunun obyektiv səbəbləri də var. Rusiya ilə münasibətləri pozulan Türkiyə həm də islam, xüsusən türk dünyasına yaxınlaşa bilər. 
Ankaranın türk-islam dünyasının liderinə çevrilmək cəhdləri də mövcuddur. Hər iki vektorda dəyişmələr Azərbaycan üçün ciddi suallar ortaya çıxarır. Bakı sona qədər qardaş Ankaranın yanında olacaqmı? Milli maraqlarımız münasibətlərin daha da istiləşməsini tələb edir.
Rusiya isə tarana gedir və  Türkiyəni də öz təsir dairəsinə salmaq üçün hətta silaha əl atacağını açıqlayır.  İstisna deyil ki, Bakıda keçirilən görüşlərdə Ə. Davudoğlu  bu məsələni də müzakirə edib. Bakının mövqeyi Ankara üçün vacibdir...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ