SON DƏQİQƏ

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.

16:22 - Zərdab rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyatçısı Polis Leytinantı Anar Kamil oğlu Baxışlı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

16:05 - Millət Vəkili Nizami Səfərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

PressDent.Info

Türkiyənin Rusiyaya təyyarə “xəbərdarlığı”

Türkiyənin Rusiyaya təyyarə “xəbərdarlığı”
25-11-2015, 10:53 43761 dəfə baxılıb

Ankara sərhədləri yaxınlığında Rusiyanın bu qədər sərbəst və iddialı hərəkətini həzm etmək niyyətində olmadığını ortaya qoydu 

 

Gündəmin əsas mövzusu təbii ki, Türkiyənin Rusiyaya məxsus bombardmançı təyyarəni vurmasıdır. Son bir sutka ərzində dünya dövlətlərinin, media və ictimai müzakirələrin əsas mövzusu bu hadisə oldu. İndi hər kəs təyyarə olayından sonrakı durum, Rusiyanın reaksiyası, Rusiya-Türkiyə münasibətlərinə təsiri barədə danışır. 
Əvvəlcə ondan başlayaq ki, bu, yeni tarixin ilk hadisəsi idi. Yəni buna qədər hətta “soyuq müharibə” zamanı belə heç bir ölkə sərhəd pozmasını əsas gətirərək Rusiya (SSRİ) hərbi təyyarəsini vurmayıb. Bu, bir ilk idi və təbii ki, rusları qəzəbləndirən amillərdən biri də bu idi. Bu mənada Putinin qəzəbini ciddi qəbul eləmək lazımdır. Rusiya buna görə cavab verməyə çalışacaq. Ancaq təbii ki, bu hadisə müharibəyə və ya hərbi toqquşmaya səbəb olmayacaq, ruslar Ankaraya bədəl ödətməyə çalışacaqlar. 
Yeri gəlmişkən, Rusiya artıq Türkiyədən toyuq əti idxalına dekabrın 1-dən qadağa qoyacağını bəyan edib. Bu cür qadağalar, embarqolarla Türkiyəyə etdiyi hərəkətə görə peşmanlıq çəkdirməyə çalışacaqlar. Bundan başqa ruslar dünən Laziqiyyə portuna üzən C-400 qurğusu göndərildiyini bəyan etdilər. Bu qurğu Suriyanın hava sərhədini izləyəcək və təbii ki, Türkiyənin sərhədi keçəcək təyyarələrini hədəfə alacaq. Bu mənada Türkiyənin bundan sonra Suriya məsələsində daha həssas və gərgin dönəmə girdiyini demək olar. 
Lakin əvvəldən də bəlli idi ki, Türkiyə və Rusiya Suriya məsələsində “səngərin” əks tərəfindədirlər. Baxmayaraq ki, hər iki dövlətin enerji, iqtisadi, eləcə də bəzi geopolitik siyasət məsələlərində ortaq nöqtələri var, əməkdaşlıq edirlər. Amma Suriya məsələsi istisna idi. Türkiyənin hazırkı hakimiyyəti Suriya məsələsində əvvəldən mövqe ortaya qoyub, Suriyada hakimiyyətin devrilməsini dəstəklədiyini bəyan edib. Eyni zamanda Rusiya da ilk günlərdən Bəşər Əsədi müdafiə etdiyini açıq şəkildə bəyan edib və ilk vaxtlar gizli, indi isə açıq şəkildə Əsəd hökumətini müdafiə edir. Hər iki tərəf bu məsələdə necə deyərlər, kifayət qədər açıq oynayır. 
Putin bəyan edib ki, Suriyada terrorun qarşısını almaq üçün Bəşər Əsəd rejimini dəstəkləyir. Təbii ki, bu zaman rusların hədəfi yalnız İŞİD deyil, eyni zamanda Türkiyənin dəstəklədiyi müxalif qruplar, o cümlədən ən-Nusra, Fəth ordusu birləşməsi kimi islamçı qruplar da var. Rusiya təyyarəsinin vurulduğu bölgədə İŞİD-in olmaması ilə bağlı iddia bu mənada heç nə ifadə etmir. Çünki rusların hədəfi yalnız İŞİD deyil, Əsədə qarşı olan bütün silahlı qruplardır. Bunu Rusiya dövləti heç gizlətmir də. 
Türkiyə isə əksinə Suriyada sabitliyin əldə olunması üçün ilk növbədə Əsəd rejiminin devrilməsini şərt olaraq irəli sürür. Ankara bəyan edir ki, Suriyada terrora rəvac verən Bəşər Əsəd hakimiyyətidir, Əsəd getdikdən sonra Suriyada terrorun qarşısı alınacaq. 
Hər iki tərəf öz möqeyini əsaslandırır və necə deyərlər öz arqumentində əsaslı olduğunu iddia edir. Baxmayaraq ki, sonuc olaraq həm Rusiyanın, həm də Türkiyənin məqsədi eynidir: Suriyada savaşın başa çatması və sabitliyin yaranması. Ancaq son günlər rusların daha da fəallaşaraq təşəbbüsü ələ alması, Suriya ordusunun Türkiyə ilə sərhəddə yerləşən “Türkmən dağı” bölgəsini ələ keçirməsi Türkiyədə qəzəbi daha da artırdı. 
Türkmən dağı və ümumiyyətlə, Suriyanın şimalında, Hatay vilayətinə sərhəd bölgələr Türkiyə üçün mühüm əhəmiyyət daşıyır. İlk növbədə o bölgədə türkmənlər yaşayır. Lakin ciddi say çoxluğuna baxmayaraq, kürdlərdən fərqli olaraq Suriya türkmənləri vahid hərbi və ya siyasi qüvvə deyillər. Müxtəlif hərbi birləşmələrin, o cümlədən ən-Nusra və Fəth ordusunun digər qruplarının tərkibindədirlər. Ona görə də orda hansısa milli bir türkmən nəzarəti bölgəsindən danışmaq olmaz. Türkiyə hökuməti də Suriya münaqişəsində etnik faktora çox isti yanaşmadığından ötən müddətdə etnik birlik yaranmayıb. 
Türkiyə ilə sərhəd əraziləri strateji cəhətdən mühüm əhəmiyyət kəsb etdiyindən həm kürdlər (şimali İraq neftinin Aralıq dənizinə çıxarılması projesini ələ keçirmək üçün – K.R), həm İŞİD, həm Azad Suriya Ordusu birləşmələri, həm də islamçı qruplar (Fəth ordusu) bu bölgə uğurunda mübarizə aparılır. Çünki Türkiyə ilə sərhədə nəzarət edən qüvvə istənilən halda güc qazanmış olur. 
Türkiyə üçünsə bu ərazi kürdlərin əlinə keçməməsi, həmçinin müxalif qüvvələr üzərində təsiri və əlaqələri qoruyub saxlaması üçün mühüm əhəmiyyət kəsb edir. 
Və nəhayət, ən mühüm səbəb nüfuz savaşı. Türkiyə son 3 ildə bir neçə dəfə hazırlıq görsə də, müttəfiq dövlətlərin dəstək verməməsi səbəbindən Suriyanın şimalında təhlükəsiz bölgə planını reallaşdıra bilməyib. Bu planın reallaşması Türkiyənin strateji nüfuzu, proseslərə təsir imkanının artması, bölgədə təsirli gücə çevrilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edirdi. Lakin məhz sadalanan amillərə görə nə region, nə də Qərb müttəfiqləri Türkiyəyə bu planı reallaşdırmaqda dəstək vermədilər. Təbii ki, Rusiya, İran, Çin kimi ölkələr əvvəldən buna qarşı idi. 
İndi isə Rusiya Suriyaya ordu göndərib Türkiyənin sərhədlərində hərbi əməliyyatlar keçirir, bununla da faktiki olaraq Suriyada təşəbbüsü ələ aldığını nümayiş etidirir. Təii ki, işin bu tərəfi Türkiyəni razı sala bilməzdi. Türkiyə ordusu buna görə ruslara göz dağı verməyə çalışdı. Burda Qərb ölkələrinin də marağının olmadığını qeyd etmək lazımdır. 
Təbii ki, beynəlxalq qaydalara (anqajman qaydaları) görə, suveren dövlətin öz hava sərhədlərini qorumaq haqqı var. Yalnız müharibə şəraitində, hərbi və aniterror əməliyyatları zamanı əvvəlcədən razılaşma əsasında digər dövlətin sərhədlərdə əməliyyat keçirməsi və bu zaman hava sərhədlərini pozması ilə bağlı razılaşma olur. Məsələn, hazırda bir çox ölkələrin aviasiyası İraq və Suriya ərazisində terrorçuların mövqelərini bombalayır. Türkiyə dövləti Rusiyaya qaydalara əsasən sərhəd pozulmasına görə sərt cavab veriləcəyini xəbərdarlıq edib. Və son olaraq rus təyyarəsini vurmaqla bir növ Rusiyanı cəzalandırıb.
Ancaq təbii ki, bu məsələdə rus təyyarəsinin Türkiyə hava məkanına həqiqətən daxil olub, olmaması mühüm deyil. Hər iki tərəf də bunun fərqində deyil. Çünki istənilən halda şərtləri və şəraiti nəzərə alaraq Türk ordusu Rusiya təyyarəsini vurmaya bilərdi. Amma vurubsa deməli, bunu bilərəkdən, məqsədli şəkildə edib. Türkiyə öz sərhədləri yaxınlığında Rusiyanın bu qədər sərbəst və iddialı hərəkətini həzm etmək istəmədiyini ortaya qoydu. Bu mənada təyyarə olayı Türkiyənin Suriya məsələsində Rusiyaya bir təpkisi idi. 
Bu hadisədən sonra bölgədə savaşın daha da amansızlaşması gözlənilir. Ruslar artıq Suriya məsələsinə qisas, ölüm-qalım məsələsi kimi baxmağa başlayacaqlar. Əslində Rusiya kimi dövlətlər üçün bu cür hadisələr adətən faydalı olur. Rusiya təbliğat mediası üçün artıq daha real və qəddar “düşmən” obrazı var. Qərbdən fərqli olaraq indi Türkiyə ruslar üçün daha real düşmən obrazıdır. Putin isə bundan faydalanmağa çalışacaq.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ