SON DƏQİQƏ

PressDent.Info

Məsələn, Oktay Şirəliyev nə zaman xalq düşməni olacaq?

Məsələn, Oktay Şirəliyev nə zaman xalq düşməni olacaq?
20-10-2015, 23:31 51700 dəfə baxılıb

Nəhayət İlhamə Quliyeva, Elza Seyidcahan, Aygünün ölkədən qaçmasından Eldar Mahmudovun işdən çıxarılmasına dəyişən, yaxında seçki olacağına baxmayaraq, heç cür siyasətə tuşlana bilməyən gündəm az da olsa şoudan uzaqlaşdı.  Beləcə, təkçə Eldar Mahmudov işdən azad olunmadı, gündəm də bir az siyaşiləşib bayağılıqdan azad olundu.

Düzdür, bu müvəqqəti haldır və bir azdan yenə eyni havalar çalınacaq, eyni oyunlar da oynanılacaq. Çünki hansısa nazirin dəyidirilməsi, hətta həbs olunması belə ölkədə o sahədə yaxşıya doğru bir dəyişikliyin olmasına rəvac verməyəcək…

Sistem dəyişməyincə, o sistemi bir-birinə bağlayn halqaların yeniləri ilə əvəzlənməsi mahiyyət etibarilə heç nə ehtiva etmir.

Sadəcə belə zamanlarda daha çox ortada görünüb “mən də varam”ları bir az da möhkəmləndirmək üçün şərait olur, o qədər..

Və dünən Eldar Mahmudovun qapısında gözləyənlər bu gün o qapıda göründükləri üçün  özünü daha çox oda-közə vurur. “Düşmən siyahısına” düşməmək üçün bu ən qədim üsullardan biridir ki, Azərbaycan siyasətində ondan hələ də istifadə olunur. Dünən duz-çörək bölənlər (oxu, rüşvət bölüşdürənlər) bu gün Eldar Mahmudovu necə deyələr az qala vətən xaininə qədər “yüksəltdirlər”.

Niyə yüksəltdilər sözünü vurğuladım?

Çünki YAP- da vətən xaini, antimili ünsür demək iqtidara qarşı çıxmaq demək… Amma Eldar Mahmudov qətiyyən belə bir “yüksək niyyətə” sahib biri deyildi və bu həbsin arxasında  vətən, millət anlayışının dayanmadığını hamımız bilirik.

Eldar Mahmudovun və digərlərinin nə kimi işlər çevirdiyini iqtidarda hamı bilirdi və rüşvət almaq, dövlətin sərvətini talamaq, vəzifəsindən sui-istifadə etmək qətiyyən qəbahət deyil o “yuxarılarda”..
Əksinə, fərasət sayıır…

İndi bu “fərasətlilərin” içindən dünənə qədər Eldar Mahmudovu böyük bilənlər bu gün  onun cəzalandırılmasından, işini düz qura bilmədiyindən yazır.

Bir həbs nələrə qadirmiş?

Məsələn, bu həbsin kəraməti sayəsində Zahid Orucun bilinci açılıb. İndi  MTN kimi qurumu balaca işlər, daxili intiriqalara  bağlamağı milli xəyanət hesab edir.

Fəzail Ağamalısa Eldar Mahmudovu  lazımınca cəzalandırmaq üçün təkliflər irəli sürür.

Deyən lazım ki, ay Zahid Oruc, məgər ölkənin o boyda qanunverici orqanını dedi-qodu yerinə, Avropanın paxıllıq etməsi kimi cılız  söhbətlərin mərkəzinə çevirmək məgər böyük işlərləmi məşğul olmaqdır?

Ya da bu Fəzail Ağamalı məgər bilmir ki, normal ölkədə  onun kimi birinin siyasətlə  məşğul olması elə ö ölkəyə böyük çəzadır…

Lap bunları bir yana qoyaq…

Məgər indiyə qədər bilmirdiniz ki, ölkənin Milli təhlükəsizlik qurumu  iqtidara müxalif olanların evini, yatağını güdməklə məşğul olub ölkənin gerçək təhlükəsizliyini bir kənara buraxıb?!

Ölkənin xəfiyyə sistemi müxalif gənclərin evinin qapısına “molotif kokteyli” yığanda, insanların  cibinə narkotik atıb tutanda məgər böyük işlərlə məşğuldu ki?

Qəribə və gülməli, bəlkə də gülünc bir ölkədə yaşayırıq.

Ölkənin prezidenti çıxıb problemləri dilə gətirən kimi deputatlara, məmurlara bir şeylər olur, kəramət sahibi olurlar. Diləri açılıb  ötməyə başlayırlar ki, vay anam, demə prezident bütün problemləri bilirmiş.

Birini işdən çıxaran kimi də başlayırlar ki, o xain, yarıtmaz idi.

Yaxşı, ay millət, vətən, sakarya deyib qışqıranlar indiyə qədər bu gördüklərinizi niyə dilə gətirmirdiniz?

Bir sərəncamlıqdırmı cəsarətiniz?

Elə Eldar Mahmudovu işdən azad edən günü baxıb gördünüz ki, bu nazirlik nə işlə məşğuldur?

Bunları yazdım, amma hərdən də düşünürəm ki, bəlkə möcüzə baş verib? Birilərinin bəsirət gözü açılıb?

Dünyadır, möcüzələrdən xali deyil. Deyərəm bəlkə bu möcüzələrə inanıb burdan biz də bir necə problemi sayaq?

Beləcə…

Vallah, ay bəsirət gözü açılanlar, səhiyyə pis gündədir, insanlar ən adi xəstəliklərdən dünyasını dəyişir. Xəstəxanalar sağlıq deyil, rüşvət ocağıdır.

Ölkəyə gətirilən dərmanlardansa danışmağa dəyməz…

Tərkibində lazım olandan başqa nə desən var.

Təhsili… Bu sahədə nələr baş verdiyini  qısa anladım.

Məktəblərdə rüşvət, köləlik, şagird müəllim münasibətlərində sayğısızlıq, yaltaqlıq, qorxaqlıq baş alıb gedir.

Xüsusən Zahid Oruca deyirəm. Çünki MTN-nın xırdaçılıqla məşğul olmasından yaman  yaralıdır. Ona görə deyim ki, Təhsil nazirliyində də xırdaçılıqla, eybəcərliklə məşğuldurlar. Belə ki, hər seçkidə seçilən hər deputat üçün, elə Zahid Oruc da qarışıq bu quruma tabe olan müəllimlər bülleten oğurluğuna məcbur edilir.

Alın bu da sizə xırda, cılız iş…

Bəlkə gömrükdən də deyim… Məsələn gömrükdə  ölkəyə gələn  kibritin üzərinə belə “haqq” qoyulur. Bir çöpü belə birinin izni olmadan ölkəyə gətirmək olmaz…

Manopoliya yəni…

Bunun da nə demək olduğunu bilirsiniz də yəqin?! Nə demək, illərdir parlamentdəki yerləri manopoliyasına alışmış deputat üçün bunu bilməyə nə var…

Nə isə… Mətləbdən uzaqlaşmayım…

Deməyim o ki, gözləməyin məsələn, Oktay Şirəliyev sənədli, sərəncamlı nə vaxt xalq düşməni olacaq… Elə hazır biz deyirik də… Prezident deyəndə düz olur, biz deyəndə yalan?…

Zümrüd Yağmur

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ