SON DƏQİQƏ

09:29 - Azərbaycan müəllimi, Biləsuvar şəhər Ə.Eynullayev adına 4 saylı tam orta məktəbin direktoru Ağazadə Elşən Mirilham oğlu...

16:42 - Anar Cəbrayıllı: Jurnalistlərin hamısını dama soxmaq lazımdır....

11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

PressDent.Info

Rusiya təbliğatı qadağan edilməlidirmi?

Rusiya təbliğatı qadağan edilməlidirmi?
10-10-2015, 12:38 32044 dəfə baxılıb

Rusiyanın Suriyaya hərbi müdaxiləsi “balans diplomatiyası”na da son qoymaqdadır. Beləliklə, limit bitdi. Bundan sonra “balans diplomatiyası” aparmaq çətin olacaq. Rəsmi Bakı seçimini etməlidir - ya Qərb, ya Rusiya.
Ölkənin maraqları avroatlantik məkana inteqrasiyanı nəzərdə tutur. Rusiya ilə əməkdaşlıq isə müsbət bir nəsnə vəd etmir. Enerji daşıyıcıları ilə bağlı layihələr, kreditlər və s. amillər Qərbi daha cəlbedici tərəfdaş edir. Rusiya nə iqtisadi baxımdan, nə də siyasi baxımdan perspektivli müttəfiq deyil. Söhbət heç də Moskvanın imperiya iddialarından da getmir. Sadəcə olaraq, bu ölkənin yaxın illərdə önəmli bir tərəfdaşa çevrilməsi ehtimalı belə yoxdur. 
Rusiya siyasi elitası özü də anlayır ki, gələcək perspektiv Avropa ilə əməkdaşlıqla bağlıdır. Məhz buna görə də Rusiya siyasi elitası pullarını Avropa banklarında saxlayır. Rusiya siyasi hakimiyyətinin ən yüksək pilləsində təmsil olunan simaların övladları Avropada təhsil alır, orada biznes fəaliyyəti ilə məşğul olur. Avropa daha təhlükəsizdir. Biznes maraqlarına görə, təhsilin və səhiyyənin səviyyəsinə görə, insan kimi yaşamağa görə də Avropa daha təhlükəsizdir. Elə bu amil Azərbaycan məmurlarını da vadar edir ki, övladlarını təhsil üçün Qərbə göndərsinlər. Siyasi karyera qurmaq üçün bizim məmurların övladları məhz Qərb ölkələrində lobbi fəaliyyəti ilə məşğul olurlar.
 
Qərb Azərbaycan siyasi hakimiyyətinin üz tutduğu “xilas kəməri”dir. Rusiya ilə əməkdaşlıq isə təhlükəlidir. Biznes fəaliyyəti qurmaq üçün də yararlı deyil. İstənilən anda milyonlarla vəsait bata bilir.
Etibarlılıq baxımından, Kreml yaxşı müttəfiq deyil. Moskva ilə əməkdaşlıq edən siyasi liderlər son anada asanlıqla qurban verilə bilərlər. Tarixdə yüzlərlə belə fakt mövcuddur.
Bunu Azərbaycan hakimiyyəti də anlayır. Siyasi elitanın Qərblə əməkdaşlıqdan başqa yolu yoxdur.
Lakin avroatlantik məkana inteqrasiya demokratik islahatları zəruri edir. Siyasi məhbus probleminin həlli, azad toplaşmaq və ifadə azadlığının təmin olunması, demokratik seçkilər iqtidara əlavə problemlər yarada bilər. Lakin bu, təhlükəli deyil. Birmənalı şəkildə Rusiyaya meyllənmək isə qorxuludur. Kremlin tələbləri olduqca böyükdür və “şimal qonşusu” ilə həddən ziyadə yaxınlıq müstəqilliyin itirilməsi ilə sonuclana bilər.
 
Bunlardan çıxış edərək demək olar ki, rəsmi Bakı iki od arasında qalıb. Elə bu fürsətdən istifadə edən Rusiya “beşinci kolon”un vasitəsi ilə öz ambisiyalarını gerçəkləşdirmək niyyətini gizlətmir.
Rusiya anti-ABŞ isteriyasından istifadə edərək, Azərbaycana hərbi müdaxilə də edə bilər. Eyni ilə Suriyada etdiyi kimi. Belə bir plan gerçəkləşərsə, Kreml siyasi hakimiyyətə özünün vassalını da gətirməkdən vaz keçməz.
Rusiya ilə yaxınlıq təhlükəlidir. Azərbaycan kimi kiçik ölkələr üçün “açıq qapı” diplomatiyası da yolverilməzdir. Bakı Qərblə əməkdaşlıq yolunu seçməyə məhkumdur. Bu, ölkənin və siyasi elitanın təhlükəsizliyi baxımından ən düzgün seçim olardı.
Demokratik seçkilər yolu ilə iqtidardan getmək də qorxulu deyil. Seçki yolu ilə hakimiyyətdən gedən qüvvə, seçki yolu ilə də təkrar iqtidara qayıda bilir.
Qərbin Bakıya təklif etdiyi model məmurlarımızın yalnız biznes maraqlarının təminatı demək deyil, eyni zamanda onların siyasi gələcəyini və şəxsi təhlükəsizliklərini sığortalamış olur.
Antiqərb isteriyası ona gətirib çıxarda bilər ki, Rusiya açıq şəkildə proseslərə müdaxilə edə bilər. Rəsmi Bakının arxasında Vaşinqton dayanmasa bu planın gerçəkləşməsinə heç nə mane ola bilməz.
Rusiyapərəst çıxışlar yalnız ölkənin strateji kursuna zərbə vurmur. Eyni zamanda iqtidarlı-müxalifətli cəmiyyətin məhv olmasına şərait yaradır.
 
Seçim imkanlarımız olduqca məhduddur. Odur ki, antiqərb isteriyasından əl çəkib, Rusiyanın təhdidlərindən qorunmaq barədə düşünmək lazım gəlir. Son günlər “beşinci kolon”un açıq Rusiya təbliği adi hala çevrilib. Bu isə dövlət müstəqilliyinə zərbə vurur. Odur ki, müstəqilliyin əleyhinə təbliğatın qadağan edilməsi barədə düşünmək lazım gəlir...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ