SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

Siyasətdə mərkəzçiliyin vaxtı deyilmi?..

Siyasətdə mərkəzçiliyin vaxtı deyilmi?..
16-09-2015, 21:26 39872 dəfə baxılıb

Bəli, bir siyasi cərəyan, ciddi siyasi tendensiya kimi mərkəzçiliyə həmişə ehtiyac duyulur. Xüsusən də ölkədə siyasi münasibətlər gərgin hala çatanda, siyasi qüvvələr tamam qarşılıqlı inkarçılıq ovqatına köklənəndə bunsuz keçinmək olmur...
Azərbaycanın siyasi keçmişində mərkəzçiliyə həmişə çağırışlar olub. Güman ki, diqqətli və təcrübəli oxucu mərhum Aydın Məmmədovun sözlərini, fikirlərini hələ də xatırlayır. Aydın Məmmədov özünə yarızarafat, yarıciddi orta müxalifət deyirdi...
Amma nə o vaxt, nə də ki sonrakı dövrlərdə mərkəzçilik Azərbaycanda bünövrə tuta bilmədi. İndi də Azərbaycandakı siyasi qüvvələri şərti olaraq üç qrupa bölmək olar. Bu bölgüyə hakimiyyət, hakimiyyətyönümlü partiyalar və bir də müxalifət aiddir...
Bəli, düşünmək olardı ki, hakimiyyətyönümlü siyasi qüvvələr bu spektrdə məhz bizim dediyimiz siyasi mərkəzçiliyi ifadə edəcəklər. Amma belə olmadı. Həmin siyasi qüvvələr hakimiyyətin bütün sferalarda yürütdüyü siyasəti elə şövqlə müdafiə edirlər ki, adam tamam çaşıb qalır. Düşünürsən, əcəba, görəsən, ölkədə hakimiyyətdə hansı partiyadır? Rəsmən hakim partiya, yoxsa bu hakimiyyətyönümlü siyasi qüvvələr?..
Elə bu səbəbdən də “Bu gün Azərbaycanda mərkəzçi siyasi qüvvə yoxdur!” demək reallığı heç də təhrif etməzdi...
Bəli, əsas müxalifət müəyyən vaxtlarda milli barışığa addım kimi bəzi məsələlərdə loyal bəyanatlar verməyə çalışıb. Amma bu bəyanatlar cavabsız qalıb və hakimiyyət tərəfindən diqqətə alınmayıb...
Deməli, mərkəzçiliyin zəruriliyini hakimiyyətin özü də qəbul etməlidir. Amma bu vaxta qədərki siyasəti bir tərəfə qoysaq belə, hətta bu gün baş verən proseslər göstərir ki, hakimiyyət bu fikirlərdən çox uzaqdır...
Avropa Parlamentinin qəbul etdiyi qətnamənin “müzakirələri” göstərir ki, yenə də hakim partiya sırf özünün problemini cəmiyyətlərin, hətta xalqların, dinlərin və mədəniyyətlərin problemi kimi qələmə verir...
Amma Avropa Parlamentinin son qətnaməsində qətiyyən belə çalarlar yoxdur-orada nə din adı çəkilir, nə mədəniyyət adı, nə də ki, cəmiyyət adı... Bu, bir hakimiyyətin siyasətinin tənqidinə yönəlmiş siyasi sənəddir. Ona görə də demək olar ki, nə Azərbaycan cəmiyyətinin, nə Azərbaycan müsəlmanlarının Avropa ilə heç bir problemi yoxdur...
Deyirlər ki, Avropada guya islamofobiya var, ona görə də bizi sevmirlər. Gəl, görək, qətnamədə bu haqda bir kəlmə belə olsun varmı?
Deyirlər ki, dünyada sivilizasiyaların toqquşması gedir, ona görə də bizi bir etno-mədəni vahid kimi sevmirlər. Amma görək qətnamədə bu konteksdə heç olmasa, bir kəlmə yazılıbmı?
Deyirlər, Avropa ciddi böhran içindədir, ona görə də orada insanlar nə etdiklərini bilmirlər. Doğrusu, mən O.Şpenqlerdən sonra Avropadakı böhranla bağlı heç nə oxumamışam. Şpenqlerin yazdıqları isə ötən əsrin əvvəllərinə aid hesab oluna bilər...
Bəli, O.Şpenqler Avropada iki böyük böhranı - kommunizmi və nasional -sosializmi irəlicədən görmüşdü. Amma Avropa bunlardan keçdi və qurtuldu...
Həm də böhran sözünə panika ilə yanaşmaq lazım deyil. Tərəqqisiz mümkün olmadığı kimi, böhransız da mümkün deyil. 
Böhran nə deməkdir? Köhnəlik artıq özünü tükəndirir, yeni bir mərhələyə keçid zərurəti yaranır. Bu vaxt böhran baş verir və bu mənada böhran bütün normal keçidləri müşaiyət edir...
Elə bizim özümüz də ciddi böhran ərəfəsindəyik. İqtisadiyyat qeyri-neft erasına qədəm qoymalıdır. Siyasətdə avtoritar üsullar özünü tamam tükəndirib. Mənəvi sferada əski sovet dəyərləri aradan çıxsa da, onları hələ də əsl demokratik dəyərlər əvəz edə bilməyib...
Deməli, keçid labüddür. Əgər keçid labüddürsə, onda böhran da qaçılmazdır və böhranın diqtə etdiyi sosial davranış tərzi də labüddür - böhran o vaxt tez çəkilir ki, ölkədə milli konsensus olur...
İndiki siyasi münasibətlər bütün bu proseslərə qətiyyən adekvat deyil. Ona görə də həm hakimiyyətdən, həm də müxalifətdən bir azacıq addım atmaq və mərkəzə yaxın olmaq tələb olunur. Təcrübə göstərir ki, siyasi hakimiyyət orta dəyərlərə, orta sinfə söykənəndə daha güclü olur. Bunu başqa ölkələrin tarixi də sübut edir, elmi politologiya da, eləcə də siyasi məntiq də...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ