SON DƏQİQƏ

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.

16:22 - Zərdab rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyatçısı Polis Leytinantı Anar Kamil oğlu Baxışlı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

16:05 - Millət Vəkili Nizami Səfərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

PressDent.Info

Bu qatar bizi hara aparır?

Bu qatar bizi hara aparır?
12-09-2015, 19:00 38564 dəfə baxılıb

Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə özünə reaksiyanı çox gözlətmədi. Dövlət və hökumət adamları, hakim partiyanın digər təmsilçiləri dərhal fikirlərini bildirdilər...
Bəli, demirik ki, bu qətnamə artıq hər şey deməkdir və tamamilə fəlakətdir. Yox, hələ də geriyə yol var, hələ də münasibətləri soyutmamaq üçün imkanlar tamam tükənməyib... 
Nəzərə alaq ki, bu, ciddi siyasi sənəddir və onun indi, dərhal nəticələri olmasa da, yaxın vaxtlarda o, başqa daha ciddi təşəbbüslərə təkan verə bilər və ya eyni səpkili, hətta daha kəskin xarakterli yeni sənədlərin qəbul olunmasına səbəb olar... 
Ən başlıcası isə, bunların ardınca konkret sanksiyalar gələ bilər. Bunu etmək Avropa ölkələri üçün elə bir ciddi problem deyil. Biz nə istəyirik? Yoxsa Rusiyanın aqibətini təkrarlamaq fikrindəyik?
Artıq bir müddətdir ki, Avropa ilə münasibətlər hiss olunacaq dərəcədə soyuyub. Bilirsiniz, prinsipcə, biz bu konfrantasiyanı, qarşıdurmanı davam etdirə bilərik. Müəyyən vaxta qədər buna imkanımız da var... 
Amma gəlin bir incə məqamı nəzərə alaq. Avropa institutlarının sənədləri bizim “beynəlxalq pasportumuzu” müəyyən edir. Həm də Avropa Parlamenti “Amnesty İnternational” və ya “Freedom House” deyil, artıq bir siyasi-iqtisadi və hətta geosiyasi vahid kimi qəbul edilən Avropa Birliyinin mühüm institutudur...
Özümüz bir tərəfə, mən bir çox məsələləri həmişə Dağlıq Qarabağ probleminin, eləcə də bizim iqtisadiyyatın konteksində nəzərdən keçirməyə alışmışam. Bizimkilər təbliğ edəndə ki, ölkəmiz dini həyat və azadlıqlar baxımından çox tolerant ölkədir, bunu həmişə alqışlayıram...
Ona görə ki, ermənilər Dağlıq Qarabağ problemini bəzən dini-etnik qarşıdurma kimi təqdim etməyə cəhd edirlər. Dünyanı inandırmağa çalışırlar ki, “azad xristian xalqı” olan ermənilərin fərqli dinin daşıyıcıları olan azərbaycanlılarla birgə yaşaması mümkün deyildir...
Amma əcnəbilər özləri də görəndə ki, burada müsəlmanlar, xristianlar və yəhudilər heç bir problem olmadan birgə yaşayırlar, onda ermənilərin həmin “siyasi kart”ı qüvvəsini itirir...
Demokratiya məsələrlərinə də eyni aspektdən yanaşmaq olar. “Azərbaycan azad ölkə deyil!” – bu, da ermənilərin əsas bəhanələrindən biridir... 
Nəzərə alanda ki, müsəlman ölkələrindəki daxili ictimai atmosferə müxtəlif stereotiplər ucbatından çoxu onsuz da şübhə və hətta bir az da qərəzlə yanaşır, bu bəhanə də ayaq tutub yeriməyə başlayır...
Təbii ki, siyasi sistemin “özəllikləri”, hətta qüsurları heç bir halda bir dövlətin ərazisini ilhaq etməyə əsas ola bilməz... 
Fəqət, indi 21-ci əsrdir. Bir çox hallarda dini və etnik azlıqların “problem”ləri dünya xəritəsində hətta beynəlxalq hüquqla əsaslandırıla bilinməyən “düzəliş”lərə yol açır...
Eləcə də turizm ölkəsi olmaqdan, qeyri-neft sektorunu inkişaf etdirməkdən və həmin sektorun ağırlıq mərəkəzini turizmə keçirməkdən danışmağı sevirik...
Amma “qeyri-azad ölkə” kimi təqdim olunan bir ölkəyə güclü turist axını ola bilərmi?.. 
Əvvəldə dedik ki, beynəlxalq institutların qəbul etdikləri bəzi sənədlərin hətta dərhal təsiri olmasa da, onlar bizim beynəlxalq indeksimizi, bizim beynəlxalq imicimizi və pasportumuzu müəyyən edir, çünki bunlar siyasi yozumu və əhəməyyəti olan sənədlərdir...
Bütün bu deyilənlər bəlkə də məsələnin bir növ fasad, dekorasiya tərəfidir. Amma içəridə vəziyyət həqiqətən də ürəkaçan deyil. Avropa Parlamenti sənəd qəbul etsə də, etməsə də, özümüz hər şeyi daha yaxşı bilirik...
Demirik ki, heç bir iş görülmür. Yox, sosial-iqtisadi sferada kifayət qədər iş görülüb. Birinci və əsas işimiz də elə qarşılıqlı inkarçılıqdan qurtulmaq olmalıdır. Hakimiyyətin sosial-iqtisadi layihələrini görürük və dəyərləndiririk. Amma təkcə çörəklə tox olmur insan...
Hakimiyyət təmsilçilərinə elə gəlir ki, müxalifət onların gördüyü bütün işləri inkar edir. Amma belədirmi? Bir daha deyirik ki, yox...
Fəqət, insanlar daha çox və daha real nəticələri ola biləcək işlərin görülməsini istəyir... 
Bu yaxınlarda telekanallardan birində bir detal diqqətimi çəkdi. Təsəvvür edin, tamaşaçı “İlk Avropa idman oyunları harada keçirilib?” sualına cavab verə bilmədi. Biz bunu təqdir etmirik, heç demirik də ki, Avropa oyunları bu qədər gərəksiz idi...
Sadəcə, unutqanlıq da müəyyən mənada adi vətəndaşın imtiyazıdır, çünki o, seçicidir. Bəli, məhz o, seçir və onun seçimində subyektiv çalarlar da ola bilər, amma “ Onlar onsuz da bizə səs verməyəcək!” deyərək insanların seçim hüququna maneçilik törətmək düzgün deyil...
Qərəz, deyirlər ki, mütləq sükunət və mütləq hərəkət yoxdur. Bizə də elə gələ bilər ki, yerimizdə möhkəm dayanmışıq... 
Amma belə deyil. Bu qatar bizi də harasa aparır. Amma hara? Bax, elə məsələ də bundadır ki, bilmirik və bilənlərdən də soruşmuruq...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ