SON DƏQİQƏ

PressDent.Info

Məsələ bu qədər sadə və açıqdır...

Məsələ bu qədər sadə və açıqdır...
15-07-2015, 12:11 20571 dəfə baxılıb

Bu hökumətin xalqı təmsil etmədiyi bundan da açıq necə ifadə olunsun?

İlham Əliyev Almaniya haqda danışmağa başlayanda, əvvəl elə bildim, Bundestağa təşəkkür edəcək ki, Qarabağ münaqişəsilə bağlı Azərbaycan üçün heç bir dövlətin etmədiyini etdi (bir millətin ikinci dövləti olaraq, qardaş Türkiyə istisnadır). Almaniya parlament və hökumət səviyyəsində Qarabağın da, ətraf rayonların da Ermənistan tərəfindən işğal olunduğunu birmənalı olaraq bəyan etdi, hətta 1988-ci ildə Ermənistandan qovulmuş (öz hökumətimizin unutduğu) 250 min azərbaycanlının da hüquqlarını gündəmə gətirdi. Amma Azərbaycan hakimiyyəti üçün bu, heç nə demək oldu. Qətnamənin bu hissəsinə heç fikir verilmədi, amma həmin sənəddə siyasi məhbusların azad edilməsi, ölkədə ciddi islahatların aparılması da tələb olunurdu və bu, bizim hökuməti özündən çıxardı.

Heç vaxt Azərbaycan siyasi səhnəsi və hakimiyyətin mahiyyəti bu qədər aydın olmamışdı. Məsələ bu qədər sadə və açıqdır. Dünyanın, xüsusilə də Avropanın aparıcı dövlətlərindən olan Almaniya dövlətimizə, onun ərazi bütövlüyünə birmənalı dəstək verir, Qarabağın və ətraf rayonlarımızın işğal olunduğunu gur səslə bəyan edir, Almaniyanın bu prinspial mövqeyinin ölkəmiz üçün mühüm şans olduğunu anlamayan, dəyərləndirə bilməyən Azərbaycan hakimiyyəti rəsmi Berlinə təşəkkür etmək əvəzinə, bu dövləti, onun rəhbərlərini aşağılayır. Ona görə ki, bunların qeyri-demokratik idarəetmələrini tənqid ediblər. Rusiya isə tam əksinə, torpaqlarımızın işğalında Ermənistana kömək edib, indi də düşməni silahla, pulla, diplomatiya ilə dəstəkləyir, amma bizim hökumətin də əzizidir. Çünki bunların iqtidarda qalmalarına dəstək verir. Bu hökumətin xalqı yox, dövləti yox, yalnızca öz sülalə hakimiyyətlərini və şəxsi bizneslərini təmsil etdikləri bundan da açıq necə ifadə olunsun?

Samir Baxşalıyev

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ