SON DƏQİQƏ

15:09 - Sumqayıt şəhər Tuq zavod yaşayış massivində fəaliyyət göstərən "STP - 3 Metaləritmə" zavodunda bu gün nöbəti dəfə partlayış olub. 4 - nəfər xəsarət alan var..

11:32 - Azərbaycan ordusu bizim milli sərvətimizdir.

17:00 - Sumqayıt Təcili Yardım Xəstəxanasında və Sumqayıt Polis İdarəsində Metaləritmə zavodunda baş verən ölüm hadisəsi haqqında heç bir məlumatları yoxdur?

12:26 - Səfa Şirinov kimi savadlı, bacarıqlı, gülərüz gənc kadırlara maksimal imkanlar yaradılaraq, patensial bacarıqlarından daha çox xeir götürmək olar...

17:22 - Azərbaycan Qran-prisinin kuboku Şuşa şəhərinə həsr olunub

17:18 - İlham Əliyev Putini təbrik etdi

17:16 - Lukaşenkonun oğlu Rusiyanı şoka saldı - VİDEO

17:13 - İraqda həlak olan Türkiyə hərbçilərinin sayı artıb

17:08 - Türkiyədə yaşayış binasında yanğın olub, ölən və xəsarət alanlar var

16:52 - Şoyqunun qızı azərbaycanlı məşhurun ad günündə: Görün nə hədiyyə etdi - "Dünyanın işləri"

16:48 - Maks Ferstappen ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub

16:43 - TƏCİLİ! Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu VƏFAT ETDİ

15:07 - 9 saylı “Yol İstismarı” MMC - nin müdürü İsmayılov Natiq: Azərbaycan ilk dəfədir ki ərazi bütövlüyünü əldə edən qalib kimi beynəlxalq səviyəli yarışlara ev sahibliyi edir.

13:13 - İranda 8 nəfərin barmağı kəsilə bilər

13:11 - Hüquqşünas İlham Aslanoğlu yenidən həbs edilib

PressDent.Info

Alçaq sistem!b

Alçaq sistem!b
11-06-2022, 12:52 261 dəfə baxılıb

Hüquq müdafiəçisi Rüfət Səfərov

Bu hökumət 29 il müddətində xeyli cinayət törədib. Çoxsaylı ictimai təhlükəli hərəkətlərin içində ən ağırı və dəhşətlisi Tərtər qətliamıdır.
Orada edamlar olub, ağır işgəncələr tətbiq edilib.
Özü də kütləvi surətdə.
Baş verənlərdən dövlət başçısının xəbəri olub-bu, şəksizdir.
Hökumətin hərbi və siyasi qanadı dövlət başçısına məruzə edib ki, “vətən xaini tapmışıq”, o da “ən sərt tədbirlər görün!” tapşırığını verib.
Hökumət rəhbərliyinin nəzarəti altında adamlar qətlə yetrilib, şikəst edilib, olmazın işgəncələr görüb.
Talelər məhv olub.
Ailələr dağılıb.
Bunlardan İlham Əliyevin xəbərinin olmadığı qənaətinə gəlməkçün ən yaxşı halda sadəlövh və qorxaq, ən pis haldasa riyakar və vicdansız olmalısan.
Azərbaycanda elə bir səlahiyyət sahibi yoxdur ki, özbaşına surətdə Silahlı Qüvvələrə mənsub olan şəxsi heyətin bir hissəsini (mülki, əsgər, çavuş, gizir və zabit heyəti) fiziki və mənəvi surətdə bitirsin, arın-arxayın qətllər sifariş versin, ya da təşkil etsin.
Bu həddə arxayınçılığı yalnız birinci şəxsə verilmiş saxta məruzə və arayış nəticəsində meydana çıxmış ali sanksiya doğura bilərdi.
Bu ölkənin siyasi, hüquqi, hərbi gerçəkliyinə yaxşı bələdik.
Ona görə də belə əminlik ifadə edirik.
Qətliam barədə uzun müddət danışan olmadı, ya da çox az adam dindi.
6 il keçdi.
Zərərçəkmiş şəxslər, onların ailə üzvləri, yaxınları bütün təfərrüatları ictimailəşdirdilər.
Qan donduran, tükürpədən işgəncələr, qətllər barədə hali olduq.
İctimaiyyət qəzəbləndi.
Aylarla gündəm “Tərtər işi” oldu.
İş o yerə çatdı ki, BMT-nin İşgəncələr Əleyhinə Komitəsi, AŞPA-nın 25 deputatı Əliyev hökumətini ədalətli araşdımaya dəvət etdi.
Dövlət başçısı baş prokurora göstəriş verdi, cinayət işinin təzələnməsi barədə qərar qəbul edildi.
Gözə kül üfürməkçün bir neçə aşağı rütbəli hərbçi həbs edildi, “vətən xaini” kimi ictimaiyyətə təqdim edilmiş hərbçilərin bəzisinə bəraət verildi.
Lakin xüsusilə ağır cinayətlərin əsas sifarişçiləri və təşkilatçıları bu gün sərbəstdirlər, üstəlik, rəhbər vəzifələri məşğul edirlər.
Paradoksaldır ki, cinayətkarlar öz cinayətlərini “araşdırırlar”.
Bütün çıxış və qeydlərimdə göstərdiyim kimi, hazırkı üsul-idarənin dövründə “Tərtər işi” üzrə tam, hərtərəfli və obyektiv məhkəmə araşdırması olmayacaq.
Lakin dərin inama sahibəm ki, gün gələcək, elə Tərtər şəhərində əsrin məhkəməsi baş tutacaq, sifarişçilər, təşkilatçılar, icraçılar, köməkçilər qanun qarşısında cavab verəcəklər.
Hələliksə bu istiqamətdə fədakarcasına çalışan, tarixi xidmətlər göstərən hüquq müdafiəçisi İlham Aslanoğlu son aylar ərzində ikinci dəfə azadlıqdan məhrum edilib.
Bu gün İlham bəyin övladının toy mərasimi keçirilib.
Polis qüvvələri şadlıq sarayını mühasirəyə alıblar, maneçilik törədiblər.
Buna nə ad vermək olar?
Alçaq sistem!

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ