SON DƏQİQƏ

PressDent.Info

Təxribatlı islahat

Təxribatlı islahat
10-06-2019, 16:56 5568 dəfə baxılıb

İlham Hüseyn 

Son günlər AXCP sədri Əli Kərimliyə qarşı yeni “ssenari”nin hazırlanmasıyla bağlı fikirlər dolaşır. Təbii ki, bütün bunlar kiminsə yuxusuna yox, müəyyən informasiyaya əsaslanır. Maraqlı məqam bundan ibarətdir ki, yayılan xəbər heç kimi təəccübləndirmir. Çünki hökumətin “Əli Kərimli sevgisi” hamıya məlumdu. Bu adamı Əl-Qaidədən tutmuş, FETO-ya qədər, çirkli pulların yuyulmasından tutmuş, Nardaran hadisələrinə qədər hər yerə bağlamaq istədilər. Amma hər dəfə 100 faizlik məğlubiyyətlə üz-üzə qaldılar. Heç kimə, heç nəyi inandıra bilmədilər.
Ümumiyyətlə, bizim şanlı hökumətimiz “islahat” deyəndə, rəqibləri məhv etməyi, büdcədən daha çox oğurlamağı, vətəndaşın cibinə girməyi, yalanları həzm etdirməyi nəzərdə tutur. Bu mənada Əli Kərimliyə qarşı yeni “ssenari” yazılması hökumətin mahiyyətinə uyğundur. Bu addım hökumətin ən böyük “islahat”ı ola bilər. Rejim standartlarına uyğun təxribatlı islahat haqqında düşünə bilərlər.
Kaş ki, bu qədər ağılsız ola bilsinlər. Çünki bundan sonra istənilən təxribat, istənilən çirkin ssenari Əli Kərimlinin leyhinə işləyəcək. “Hər şərdə bir xeyir var” deyimi boş söhbət deyil. Hökumət bu qədər səhvlərə yol verməsəydi, cəmiyyət Əli Kərimlinin bu qədər düz yolda olduğunu qavraya bilməzdi.
Bu əsəb müharibəsində Əli Kərimli balaca bir tüfənglə, pulemyotlu düşmənləri zərərsizləşdirə bilir.
Rejim hələ də ona qarşı tutarlı kompramat tapa bilməyib. Çünki olmayan şeyi tapmaq mümkün deyil.
Bir sözlə, Əli Kərimli çoxdandır ki, şər-böhtana qarşı “bronojilet” geyinib. Nə qədər nişan alsalar da, zərərsizləşdirə bilməyəcəklər. Yəni, gözlənilən təxribatlı islahat rejimin başına nifrət qəlpələri yağdıra bilər.
Siz “ssenari”nizi yazın. Biz də əminik ki, bu “ssenari” əsasında çəkilən filmTitanik kimi oskar alamasa da, Titanik kimi batacaq.
Baş rolun ayaq aktyorlarına rüsvayçı uğur arzulayırıq

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ