SON DƏQİQƏ

PressDent.Info

Yerli malların ticarəti 55 faiz azalıb

Yerli malların ticarəti 55 faiz azalıb
15-05-2019, 18:33 3828 dəfə baxılıb

AXCP İqtisadiyyat Komissiyası sədri Nemət Əliyev

Yerli malların ticarəti 1 ilə 25 faiz, 5 ilə 55 faiz azalıb.

Rəsmi mətbuat səhifələrindən səslənən o bəzəkli bəyanatlar, inkişaf nağılları real mənzərəni əks etdirmir, dostlar! Açıqlanan məlumatların təhlili tamam fərqli nəticələr ortaya çıxarıb.

Hesablamalar göstərir ki, yerli malların pərakəndə ticarət dövriyyəsinin 3 aylıq həcmi bu il 2,8 milyard dollardan 2,1 milyard dollara düşüb. Azalma 700 milyon dollardır.

Ticarət geriləyibsə, zərbəsi istehsala dəyib. Zərbənin əsas hədəfi isə qeyri-neft sektoru olub (yanvar-mart dövründə neft məhsullarının və təbii qazın istehsalında artım qeydə alınıb). Qeyri-neft mallarının ixracında gözəgəlimli nəticə də əldə olunmayıb. Vur-tut 59 milyon dollar məbləğində artım qeydə alınıb ki, bu da ümumi itkiləri kompensasiya eləmək baxımından çox azdır.

Dövlət başçısının bu qədər sərəncamlar, fərmanlar verməsinə baxmayaraq qeyri-neft istehsal sahələrində irəliləyiş bir yana qalsın, heç tənəzzülü durdurmaq mümkün olmayıb. Zaman etibarı ilə problemlər daha da böyüməkdədir. Altı illik dövrün dinamikası göstərir ki, ötən 5 ildə yerli malların 3 aylıq ticarət dövriyyəsi 2 dəfədən çox (55 faiz) və ya 2,7 milyard dollar azalaraq 4,8 milyard dollardan 2,1 milyard dollara düşüb.

Nəhayət ibrətamiz nəticələr çıxarılmalıdır ki, kol-kosların gözə dəyən hissələrini təmizləməklə iş bitməz, kiçik, orta, böyük biznes yolunda illərlə kök atmış kötükləri silib-süpürüb atmaq gərəkdir. Əks halda, qeyri-neft sektorundan real nəticələr gözləməyə dəyməz.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ