SON DƏQİQƏ

PressDent.Info

Dövlət büdcəsi 3 milyard manat azaldılır

Dövlət büdcəsi 3 milyard manat azaldılır
27-08-2018, 16:27 6960 dəfə baxılıb

Yaxın üç ildə Azərbaycan hökuməti dövlət büdcəsininin həcmini azaltmağı planlaşdırır.

Dövlət başçısının “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın təsdiqi haqqında sərəncamına əsasən, 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 18 milyard 790,7 milyon manat, xərcləri isə 18 milyard 919,7 milyon manat proqnozlaşdırılır.

Xatırladaq ki, 2018-ci ildə bu rəqəmlər müvafiq olaraq 22 milyard 149 milyon manat və 23 milyard 100 milyon manat olub.

2020-ci ildə dövlət büdcəsinin gəlirləri 19 milyard 128,5 milyon manat, 2021-ci ildə isə 18 milyard 471,3 milyon manat proqnozlaşdırılır.

Həmin illərdə dövlət büdcəsinin xərcləri müvafiq olaraq 19 milyard 257 milyon manat və 18 milyard 600,3 milyon manat səviyyəsində proqnozlaşdırılır.

Büdcə kəsirinin də azaldılması planlaşdırılır. 2018-ci ildə bu göstərici 951 milyon manat, 2019-cu ildə 129 milyon manat, 2020-ci ildə 128,5 milyon manat, 2021 ildə 129 milyon manat proqnozlaşdırılır.

Eyni zamanda qeyd edilir ki, iqtisadiyyatda mümkün yavaşıma nəticəsində büdcə gəlirlərinin azalması dövlət resurslarına təzyiq göstərə bilər və nəticədə dövlət büdcəsi kəsiri proqnozlaşdırılanlardan çox ola bilər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ