SON DƏQİQƏ

PressDent.Info

Hakimiyyәt müxalifәti çirkli pulların yuyulmasına ortaq etmәk istәyir

Hakimiyyәt müxalifәti çirkli pulların yuyulmasına ortaq etmәk istәyir
29-05-2018, 18:37 14181 dəfə baxılıb

Milli Şuranın sədri Cəmil Həsənli son günlərdə AXCP-dəki həbslər barədə öz münasibətini bildirib:

“Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin fantaziyası çox böyükdür. Azərbaycan nağllarından, Münhauzenin sərgüzəştlərindən də fantastik bir açıqlama yayıblar. 18 gündür saxta narkotika ittihamı ilə Saleh Rüstəmli və Vidadi Rüstəmlini həbs ediblər, 18 gündür saxta ittihamla tutulmuş bu şəxslərin vəkillə görüşünə icazə verilmir. 18 gündür bu şəxslərə münasibətdə Azərbaycan qanunları və ölkənin qoşulduğu beynəlxalq konvensiyalar pozulur və 18 gündən sonra şənbə günü iki orqan birlikdə şantaj xarakterli açıqlama yayır. Bu açıqlamadan öncə dəfələrlə yazmışam ki, narkotika bəhanədir. Saleh bəyin həbsi ilə bağlı bütün oyunlar Əli Kərimliyə, Xalq Cəbhəsinə görə qurulub və hakimiyyət əlində olan inzibati resurslarla Əli bəyin, son iki həftədə 10 üzvü saxta ittihamla həbs edilmiş Xalq Cəbhəsinin üzərində qurulub.

Əvvəla açıqlama niyə şənbə günü verilir. Bu ənənə Faşist Almaniyasından qalıb. Hitler öz əleydarlarına qarşı əməliyyatları şənbə günü həyata keçirirdi. Buna Hitlerin “şənbə sürprizləri” deyilirdi. Məqsəd ondan ibarət idi ki, dövlət başçıları həftə sonu istirahətə yollananda fürer öz işini görsün.
İkinci açıqlamada əsas məqsəd müxalifəti çirkli pulların yuyulmasına ortaq etməkdir. Məlumdur ki, bütün dünyada Azərbaycan hakimiyyəti çirkli pulların yuyulması ilə məşğul olur. Bunu son nümunəsi London ofşorlarına şaxta Baktelekom MMC və digər təşkilatlar vasitəsi 2,9 milyard dollar həcmində oğurluq büdcə vəsaitlərinin natəmiz yollarla köçürülməsidir. Bu köçürmələrdə Müdafiə nazirliyi, Müdafiə sənayesi nazirliyi, Fövqəladə hallar nazirliyi və Milli təhlükəsizlik nazirliyi kimi dövlət orqanlarının bilavasitə iştirak edib və bütün dünya mətbuatı bundan yazır. Çirkli pullar Maltada Azərbaycanın hakim ailələrinə məxsus “Pilatus” bank vasitəsi ilə fırladılan pullardır ki, beynəlxalq təhqiqat qrupları məhz bunu araşdırır.

Çirkli pul nədir? Mənbəyi məlum olmayan pulların dövriyyəyə buraxılması, həmin pulları bankdan banka keçirməklə “təmizə” çıxarılması, həmin pullara bahalı mülklərin alınması, xarici ölkələrdə siyasətçilərin, parlament üzvlərinin, dövlət başçılarının satın alınması, silah alverindən “otqat” götürülməsi və sair. Bir sözlə mənbəyi, mənşəyi məlum olmayan və bütün natəmiz əməliyyatlarda istifadə edilən pullar çirkli puldur. Xalqdan oğurlanan, büdcədən əyri yollarla talanan, zor gücünə iş adamlarından toplanan, rüşvət yolu ilə əldə edilən bütün sərvət çirkli puldur. Əgər Saleh Rüstəmli Rusiyada kiçik bizneslə məşğul olan bir azərbaycanlı kimi nahaqdan həbs olunmuş siyasi məhbuslara vəkil tutmaq, ailələrinə dəstək olmaq, özlərinə ərzaq göndərmək məqsədi ilə ən böyük repressiyaya məruz qalmış bir partiyanın başçısı kimi dostu Əli Kərimliyi nə vaxtsa 500 dollar, 1000 dollar həcmində yardım göstəribsə (ümumilikdə 5 min dollar), burda hansı cinayət əməli var və bunun nəyi çirkli pullardır. Saleh bəy bu vəsaiti mənbəyi bəlli olan öz gəlirindən göndərib. Rusiyada yaşayan yüz minlərlə azərbaycanlı bu işi görür, adamlar öz ailəsinə, qohumuna, dostuna belə yardımları uzun zamandır göndərir və hökumət də bunu çox yaxşı bilir. Bunun nəyi çirkli pulların yuyulmasıdır? Burada heç bir cinayət tərkibi yoxdur. Əgər belə şey üstündə adam tutsalar onda gərək ölkə əhalisinin aşağı-yuxarı yarısını tutsunlar.

Ona görə Saleh bəy, Vidadi bəy və dünən həbs edilmiş 3 cəbhəçi gənc cinayət tərkibi olmayan bir məsələ ilə bağlı qanunsuz olaraq saxlanılıblar. Baş prokurorluq və DİN-in açıqlamasında çirkli pulların yuyulmasını ortaya qoyan heç bir dəlil yoxdur və bu süni xarakter daşıyır, çirkli pulların yuyulması məsələsində hökumət özünə süni şəkildə ortaq günahkar şərik edir.
İkincisi, Baş prokurorluq və DİN-in açıqlaması ölkənin aparıcı müxalifət partiyasının sədri olan Əli Kərimliyə qarşı açıq şantaj üzərində qurulub. Ayda 30 min dollar pul göndərilməsi, məbləğin 420 min dollara çatdırılmasının heç bir hüququ əsası yoxdur, bu böhtandır, aparıcı müxalifət partiyası haqqında yalan və böhtan xarakterli məlumatların kütləvi informasiya vasitələrində yayılmasıdır. Yeri gəlmişkən eyni qurumlar Əli Kərimli və Xalq Cəbhəsi partiyası haqqında belə yalan məlumatları Fətulla Gülən əməliyyatını uyduran zaman da yayımışdılar. Bu ilk dəfə deyil.
Üçüncüsi, aşağı-yuxarı 5 min dollar ətrafında olan şəxsi yardımda iştirakçıların dairəsi niyə geniş götürülür. Bura Əli Kərimli, Qənimət Zayidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Tural Mehdixano və digərlərinin adları daxil edilir. Göndərilən yardımın həcmində şişirtmə fantastik olduğu kimi adamların əhatə dairəsi də süni şəkildə genişləndirilib və məqsəd uydurulmuş “çirkli pulların yuyulması” məsələsinə mütəşəkkil dəstə xarakteri vermək, ağır “cinayət tərkibi” yaratmaqdır.
Şərlənərək tutulan namuslu insanlara yardım göstərmək, onların özünə, yaşayış imkanlarından məhrum edilmiş ailə üzvlərinə mənşəyi bəlli olan vəsait hesabına əl tutmaq heç bir cinayət tərkibi yarada bilməz və əslində bu nəcib bir işdir. Normalda bunu açıqlamaq özü də yaxşı bir şey deyil. Əgər Baş prokurorluq və DİN bunu cinayət hesab edirsə hələ Bakı Dövlət Universitetində işlədiyim, millət vəkili olduğum və pensiyaya çıxdığım dövrdə nahaqdan həbs olunmuş, vəkil tutmağa imkanı olmayan, ailəsi köməksiz duruma düşmüş insanlara imkanlarım daxilində həmişə yardım göstərməyə çalışmışam və indi də bunu etməyə çalışıram. Hətta siyasi məhbus kimi ailələrinə yardım göstərdiyim adamların bəziləri hazırda iqtidarın sıralarındadır. Əgər bu cinayətdirsə buyurun tutun.”

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ