SON DƏQİQƏ

PressDent.Info

“Kreditlərin məbləği 3.8 mlrd. manata yaxın azalıb”

“Kreditlərin məbləği 3.8 mlrd. manata yaxın azalıb”
8-05-2018, 20:12 14181 dəfə baxılıb

“Ötən ilin birinci rübünə nisbətən 2018-ci ilin eyni dövründə müştərilərə verilən xalis kreditlərin məbləği 3.8 mlrd. manata yaxın (28%) azalıb. Bu azalma kreditlər üzrə faiz gəlirlərində də 30%-ə yaxın azalma ilə müşaiət olunub.Bu barədə iqtisadçı Rövşən Ağayev facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, banklar vasitəsilə kreditləşmənin həcmi kəskin azaldıqca özünü bankların qazandığı faiz gəlirlərində də göstərir.

“Faiz xərcləri də təxminən 100 mln. manat azaldığından xalis faiz gəlirlərinin səviyyəsini ötən ilki həddə qorumaq mümkün olub. Qeyri-faiz gəirləri 2.4 dəfəyə yaxın (150 mln. manat) azalıb. Bu həm də qeyri-faiz xərclərinin 10%-ə yaxın artdığı şəraitdə baş verib. Çox güman ki, qeyri-faiz gəlirlərinin kəskin azalması bankların valyuta ticərətindən gəlirlərinin azalması ilə bağlıdır”, iqtisadçı belə hesab edir.

Onun fikrincə, ötən ilin birimci rübündə məzənnənənin kəskin dəyiməsi (1 USD =1.72-192 manat intervalında) və marja məhdudiyyətinin götürülməsi valyuta alqı-satqısından yaxşı gəlir götürmək üçün münbit şərait yaratmışdı.

“Bu ilin ilk rübündə isə məzənnə sabitliyi və valyutaya tələbatın daha da azalması çox güman ki, bu mənbədən gəlirlərin də azalmasını qaçılmaz edib. Rəqəmlərdən görünən odur ki, böyük neft puulları hesabına yaranan “bank köpüyü” yatdıqca həm sektorun aktivləri, həm də faiz və qeyri-faiz gəlirlərinin dövriyyəsi kiçilir”, ekapert bildirib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ