SON DƏQİQƏ

PressDent.Info

Əmlak Komitəsinin bankı batır

Əmlak Komitəsinin bankı batır
30-04-2018, 19:36 8439 dəfə baxılıb

“Azər Türk Bank” ASC-nin cəmi aktivləri illik müqayisədə 7,5% artaraq bu il aprelin 1-nə 310,5 mln. manat təşkil edib.

 

Bu barədə Bankın maliyyə hesabatında xəbər verilir

 

“Azər-Türk Bank”ın aktivlərinin 117,036 mln. manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 16,5% kiçilib.

 

Hesabat dövründə “Azər-Türk Bank”ın cəmi öhdəlikləri 9,7% artaraq 255,852 mln. manat, o cümlədən müştəri hesabları 2,2% azalaraq 183,797 mln. manat olub.

 

Martın sonuna Bankın cəmi kapitalı isə 54,647 mln. manat (1,9% az) təşkil edib.

 

“Azər-Türk Bank” bu ilin I rübündə “Azər-Türk Bank” 192 min manat mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 82% və yaxud 5,55 dəfə azdır. Rüb ərzində Bankın faiz gəlirləri 4,209 mln. manat, qeyri-faiz gəlirləri 11,265 mln. manat, faiz xərcləri 1,83 mln. manat, qeyri-faiz xərcləri 13,721 mln. manat təşkil edib. Bundan başqa, kredit təşkilatı xüsusi ehtiyatların yaradılması xərclərinə 268 min manat qənaət edib.

 

Xatırladaq ki, “Azər-Türk Bank” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin “Zıraat Bank”ına, 1,08%-i “Zıraat Bank İnternational”a, 6,55%-i “AzRe Təkrarsığorta” ASC-yə, 5%-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ