SON DƏQİQƏ

PressDent.Info

Dollara tələbat sürətlə artır

Dollara tələbat sürətlə artır
14-04-2018, 15:29 1392 dəfə baxılıb

Qubad İbadoğlu

Yenidən devalvasiya riski ilə qarşılaşa bilərik

Azərbaycanın idxalda əsas ticarət tərəfdaşlarıı olan Rusiya və Türkiyədə milli valyutanın ABŞ dollarına nəzərən məzənnəsinin zəifləməsi manata psixoloji və iqtisadi təzyiqləri, son nəticədə də dollara tələbatı artırıb. Belə ki, bu ilin 1 -cü rübünün nəticələrinə görə, ölkədə xarici valyuta satışı 1 milyard 310 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65.1 %, yaxud 516.8 milyon ABŞ dolları çoxdur. Eyni zamanda, Mərkəzi Bankın məlumatına görə, yanvarda 299.1 milyon dollar, fevralda 364.1 milyon dollar (əvvəlki ayla müqayisədə artım 21.7%), martda isə 647 milyon dolları (əvvəlki ayla müqayisədə artım 77.7%) satılıb. Əgər Dövlət Neft Fondu 2017-ci ilin yanvar-mart ayları ərzində 793.4 milyon dollar həcmində xarici valyuta satmışdısa, bu ilin eyni dövründə satışı həcmi 1.3 milyard dollaradək yüksəlib. Burdan iki vacib nəticə çıxarmaq olar. Birincisi, göründüyü kimi valyuta bazarında dollar təklifi yalnız Dövlət Neft Fondu tərəfindən təmin edilir. Bu da ixracın diversifikasiyası, qeyri neft sektorunun inkişafı ilə bağlı verilən bəyanatlara şübhə salır və xeyli suallar doğurur. İkincisi valyutaya təklifin ötən ilin eyni dövrü ilə müqayisədə 65,1 faiz artmasına baxmayaraq, Mərkəzi Bank uzun müddətdir ki, manatın ABŞ dollarına nəzərən kursunu qoruyur. Tələbin kəskin sürətdə artdığı zamanda manatın dollara nisbətdə məzənnəsinin sabit saxlanılması bir daha təsdiq edir ki, Mərkəzi Bank yenə də inizbati vasitələrlə tənzimlənmə vasitələrindən istifadə edir. Manatın real effektiv məzənnəsinin artdığı, valyuta tələbinin yükəsldiyi halda müşahidə olunan sabitlik nisbi xarakter daşıyır, bu davamlı ola bilməz. Odur ki, Mərkəzi Bank əsas ticarət tərəfdaşları olan ölkədə gedən proseslərə, eləcə də valyutaya olan tələbatın artımına rəğmən milli valyutanın inzibatı üsullarla ənzimlənməsi vasitəsindən imtina etməli, xüsusilə də dünya bazarında xam neftin qiymətinin yükəsk olduğu indiki şəraitdə manatın məzənnəsinin tarazlaşmasına üçün bazar qüvvələrinin iştirakına şərait yaratmalı və nəhayət çevik məzənnə siyasəti yeritməlidir.. Əks təqdirdə bir müddətdən sonra neftin qiymətləri uzuzlarsa yenidən devalvasiya riski ilə qarşılaşa bilərik.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ