SON DƏQİQƏ

PressDent.Info

IDI dini vəsaitlərlə bağlı araşdırma sənədi yaydı

IDI dini vəsaitlərlə bağlı araşdırma sənədi yaydı
4-04-2018, 20:33 4959 dəfə baxılıb

Demokratik Təşəbbüslər İnstitutu (IDI) vicdan və ifadə azadlığı ilə bağlı araşdırma sənədi yayıb. 
Sənəddə qeyd olunur ki, araşdırmalar bu sahədə mövcud olan problemlərin həlli istiqamətində tövsiyə xarakteri daşıyır: “Bu araşdırma dini vəsaitlərə dair hüquqi çərçivənin müəyyən edilməsi, onun Avropa İnsan Haqları Konvensiyasının 9-cu və 10-cu maddələri, həmçinin Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququ ilə uyğunluğunun yoxlanılması, monitorinq nəticəsində qanunvericilikdə aşkar olunan boşluqların və praktikada olan qüsurların aradan qaldırılması üçün tövsiyələr paketi hazırlamaq məqsədini daşıyır”.
“Xüsusi metodologiya əsasında və müxtəlif monitorinq alətlərinin tətbiqi yolu ilə əldə edilmiş nəticələr əsasında hazırlanan və təqdim olunan hesabat əsasən aşağıdakıları əhatə edir. Sənədin giriş hissəsində dini vəsaitlərlə bağlı ölkədə olan ümumi vəziyyət, mövcud problemlər, problemlərin aradan qaldırılması üçün beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən səylər, o cümlədən qəbul olunmuş beynəlxalq normalar haqqında məlumatlar verilir. Araşdırma nəticəsində məlum olmuşdur ki, vicdan və ifadə azadlığı ilə bağlı dövlət üzərinə öhdəliklər qoyan çoxsaylı beynəlxalq normalara baxmayaraq, bu azadlıqların əhatə dairəsinə düşən dini vəsaitlərlə əlaqədar ciddi problemlər mövcuddur”, – araşdırma sənədində qeyd olunur.
Sənədin sonrakı hissəsi isə qanunvericiliyin analizinə həsr olunur: “Analiz aparılarkən qanunvericilik səviyyəsində və qanunaltı normalar səviyyəsində dini vəsaitlərlə bağlı qanunvericilik, bu qanunların tətbiq edildiyi zaman yaranan problemlər və onları doğuran səbəblər təhlil edilmişdir. Bu problemlərin aradan qaldırılması üçün müvafiq tövsiyələr hazırlanmışdır. Qanunvericilik analiz olunarkən, qanunvericilikdə olan boşluqlar, ziddiyyətlər göstərilir, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq normalarla müqayisə aparılır və bu normaların adları sadalanır. Milli normalar analiz olunarkən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında 1950-ci il Avropa Konvensiyasının vicdan azalığına (9-cu maddə) və ifadə azadlığına (10.-cu maddə) dair müddəalarında əks olunmuş prinsip və standartlar əsas götürülmüşdür.
Analiz zamanı müəyyən edilmişdir ki, müvafiq qanunvericilik aktları, xüsusən də Dini etiqad azadlığı haqqında Qanun və onun tətbiqi məqsədilə qəbul olunmuş digər normativ hüquqi aktlar bir çox hallarda ölkə Konstitusiyası və ölkənin tərəfdar çıxdığı müvafiq beynəlxalq normalarla uyğun gəlmir, bu isə öz növbəsində insan haqlarının pozulması ilə nəticələnir”.
“Praktikada olan problemlərin müəyyənləşdirilməsi məqsədi ilə monitorinq zamanı bir neçə alət tətbiq edilib.
Bu alətlər müvafiq dövlət orqanlarına göndərilən rəsmi sorğular, dini icmalardan alınan bilgilər, bu sahə üzrə ekspert, vəkil və hüquq müdafiəçilərindən alınan məlumatlar, mediada işıqlandırılmış faktlar olub. Həmçinin yerli və beynəlxalq hesabatlara istinad edilib”, – araşdırma müəllifləri qeyd edirlər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ