SON DƏQİQƏ

PressDent.Info

İndi də islahat adıyla 913 milyon yeyiləcək

İndi də islahat adıyla 913 milyon yeyiləcək
26-03-2018, 19:29 6612 dəfə baxılıb

Qubad İbadoğlu

Büdcədə təyinatı məlum olmayan 913 700 000 manatlıq “islahat” xərci

Diqqətinizi yenidən bu ilin dövlət büdcəsində potensial korrupsiya mənbəyi olan qapalı və qaranlıq xərclərə cəlb etmək istərdim. “2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda “Əsas bölmələrə aid edilməyən sair xərclər”in tərkibində “İslahatlarla bağlı xərclər” adı ilə 833 milyon 700 min manat vəsait nəzərdə tutulub. Bundan əlavə, büdcədə 80 milyon manat vəsait də “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi sahəsində islahatlar” adı ilə rəsmiləşdirilib.

Deməli, bu ilin büdcəsində bütövlükdə islahat xərcləri 913,7 milyon manat təşkil edir. Nəinki islahat proqramı və komandası, hətta islahat aparmaq üçün siyasi iradəsi olmayan hazırkı hakimiyyətin bu qədər vəsaiti necə və hara xərcləyəcəyi ilə bağlı açıqlama vermədən büdcəyə salması daha çox korrupsiya məqsədlərinə xidmət edə bilər. Çox güman ki, strateji yol xəritələrinin icrasının maliyyələşdirilməsi adı ilə bu vəsait il ərzində israf olunacaq və onun böyük bir hissəsi də ayrı-ayrı icraçılar tərəfindən mənimsəniləcək. Əgər belə olmasaydı 833,7 milyon manat gizli şifrə ilə büdcəyə salınmazdı, onun açılışı və təsnifatı verilərdi.

Yeri gəlmişkən bu məsələ ilə əlaqədar iki suala cavab istərdim. Birincisi, islahatlar kimi önəmli məsələni hökümət nədən əsas bölməyə aid edilməyən sair xərclər adı ilə rəsmiləşdirir?. Bu elə mövcud hakimiyyətin islahat məsələsinə olan münasibətinin göstəricisi deyilmi? İkincisi, Milli Məclisin müzakirəsinə təqdim olunan büdcə layihəsində bu adda xərc maddəsi olmadığı halda nədən “islahat xərci” son anda prezidentin imzaladığı Büdcə Qanunda salınıb? Təsnifatı və açıqlaması olmayan bu 933,7 milyon manat sonda korrupsiyanın yeminə çevrilməyəcəkmi?

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ