SON DƏQİQƏ

PressDent.Info

“Nizami Gəncəvi forumu” yoxsa, büdcəni dağıtma forumu?

“Nizami Gəncəvi forumu” yoxsa, büdcəni dağıtma forumu?
19-03-2018, 21:27 9309 dəfə baxılıb

Xaliq Bahadır

Xalqı gətirib çıxardıqları yoxsulluq-yolsuzluq içində sonunadək yoxetmə yolundadırlar. Şəhid Aanasının 200 manat işıqpulu borcuna görə özünü asıb öldürdüyü, evinə bayram bazarlığı edə bilməmk üzündən başqasının özünü öldürdüyü, dolanışıq dözülmə\zliyi üzündən özünüöldürmələrin kütləvi xarakter aldığı ölkədə bunlar çeşidli idman oyunlarına, seçkiləri kimi saxta-yalançı “qlobal tədbirlərə” milyionlar, milyardlar tökürlər! 25 ildi belə yalançı “qlobal tədbirlərlə” yalnız özlərinin korrupsiyaçı klan hakimiyətlərini qoruyub saxlamağa gərəkənləri edirlər: dünyanın bu başından o başına milyonlar, milyardlarla rüşvət dağıtmaqla.
Bir “qlobal tədbirlə” bağlı Bakıya çağırdıqlarından biri də İsveçrədən olan AŞ PA deputatı xanım Doris Fiala olmuşdu. Çağırdıqları başqaları kimi onu da boş yola salmamışdılar – gizlicə çantasına brilyantlar qoymuşdular. Başqa çağırdıqları kişili-qadınlı verilən rüşvəti götürüb mənimsəmiş, bircə Doris xanım evinə çatandan sonra çantasına rüşvət qoyulduğunu bilmiş (görün bunlar necə rüşvətvermə ustalarıdır!), çantasına qoyulanları aparıb Aş PA yetkililərinə qaytarmışdı.
İndiki “qlobal tədbirə” dünya ölkələrindən 500-dən artıq adam çağırmışdılar. Nizami GəncəLİinin dövl\ətçilik ideyalarına tüpürənlərin, o ideyaları ayaqlar altına atanarın indiki “Nizami Gəncəvi” adına bağlı “sayğısınin” arxasında yalnız bir ideya dayanır: dünyanı rüşvətə bürüməklə hakimiyətlərini qoruyub saxlamaq!
Hakimiyəti qoruyub saxlamaq üçün Yer üzünə səpələdikləri milyardlarla rüşvətin bir azını bu xalqın normal yaşayışı üçün yönəltsəydilər, bir elə rüşvət verməyə gərək yaranmaz, xalq özü onlara arxa durardı. Ancaq… xalqa nifrətləri necə sonsuzdursa, belə saya, üstəlik, ucuz başa gələcək bir yolu indiyədək ağıllarına belə gətirməyiblər, gətirəsi deyillər!

 

Ermənilər qanlı qırğın yoluyla ələ keçirdikləri Azərbaycan torpaqlarında böyük arxayınçılıqla yeni-yeni qəsəbələr salırkən bunlar dövlət büdcəsini dağıtmaqla, xalqı soyub-yağmalamaqla “qlobal tədbirlər” keçirirlər. Çağırdıqları qonaqları yerləşdirdikləri Otellər özlərinin (xalqın-dövlətin puluyla tikilsə də), apardıqları restoranlar özlərinin (xalqın-dövlətin puluyla tikilsə də), yığıncaq keçirdikləri yerlər özlərinin (xalqın-dövlətin puluyla tikilsə də). Sonucda nə baş verir? keçirdikləri çoxsaylı “beynəlxalq tədbirləri” özlərinin biznes-qazanc obyektinə çevirirlər!
Qənirəyə tapşırdıqları Xocalı tanıtımı indiyədək Türkiyə küçələrindən (küçələrindən!) uzağa getməyib. Gedə də bilməz! Nədən? Elədə “strateji müttəfiq” saydıqları Putin Ağa qarşısında HESABAT verməli olarlar! Belə olmasaydı, gülə-gülə görüşdükləri, sevinə-sevinə əlini sıxdıqları terrrorçu-prezidentlər – R.Köçəryan da, S.Sərkisyan da törətdikləri çoxsaylı qırğınlardan bircəciyinə – Xocalı soyqırımına görə çoxdan Haaqa məhkəməsi qarşısında dayanmalı olardılar. Hələ mən 366-cı rus polkunun komandirini demirəm…

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ