SON DƏQİQƏ

PressDent.Info

Azərbaycanda 19 bankın faiz gəlirləri azalıb

Azərbaycanda 19 bankın faiz gəlirləri azalıb
7-02-2018, 15:42 14790 dəfə baxılıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 11-nin ötənilki faiz gəlirləri əvvəlki ilə nisbətən çox olub.

Bunlar Pakistan Milli Bankının Bakı filialı, “Zıraat Bank Azərbaycan”, “PAŞA Bank”, “AFB Bank”, “Azərbaycan Sənaye Bankı”, “Kapital Bank”, “Günay Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Silk Vey”, “Yapı Kredi Bank Azərbaycan” və “Bank Avrasiya”dır.

Adı çəkilən banklar arasında ən yüksək dinamika Pakistan Milli Bankının Bakı filialında (49,9%), ən aşağı dinamika isə “Bank Avrasiya”da (4,2%) qeydə alınıb.

Qalan 19 bankın isə faiz gəlirləri azalıb. Ən çox azalma “Bank VTB Azərbaycan”da (74,9%), ən az azalma isə “Atabank”da (3%) baş verib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ