SON DƏQİQƏ

PressDent.Info

ABŞ birjalarda 4 trilyon dollarlıq itkiyə səbəb oldu

ABŞ birjalarda 4 trilyon dollarlıq itkiyə səbəb oldu
7-02-2018, 15:21 13137 dəfə baxılıb

ABŞ fond birjalarında fevralın 5-də yaşanan kəskin satış dünya kapital bazarına sıçrayıb. Nəticədə fond birjalarındakı satış səbəbindən səhmlərin məcmu dəyəri 4 trln. dollar azalıb.

“Habertürk” saytına istinadən, VIX volatillik indeksi də 2015-ci ilin avqust ayından sonra ilk dəfə 50 bənd səviyyəsini ötüb.

Analitiklər ABŞ fond birjalarında baş verən kəskin azalmaya 5 əsas səbəb göstəriblər:

1) ABŞ-da inflyasiyanın sürətlənməsi;

2) 2018-ci ildə FED-in 4 dəfə faiz artırması ehtimallarının güclənməsi;

3) ABŞ fond birjası indekslərinin 2009-cu ildən etibarən 4 dəfəyə yaxın artması səbəbindən gözlənilən satış;

4) Satışın başlamasından sonra robot proqramlarının işə düşməsi nəticəsində satışın daha da sürətlənməsi;

5) Sürü psixologiyası ilə satışın geniş investor təbəqəsinə yayılması.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ