SON DƏQİQƏ

PressDent.Info

Sementin qiyməti qaldırıldı

Sementin qiyməti qaldırıldı
8-01-2018, 19:34 18879 dəfə baxılıb

Markasından asılı olaraq “Holcim” sementinin kisəsinin qiyməti 30-50 qəpik bahalaşdırılıb.

Yeni artırılmış qiymətlər Dekabrın 15-dən elan edilib.

İddial edilir ki, yerli təchizatçıların qiymətləri qaldırması və işçilərin maaşlarının artırılmasını tələb etmələri qiymət artımını qaçılmaz edib.

Azərbaycanın digər sement istehsalçıları da qiymətləri qaldırıblar.

Sement bahalaşdığı üçün bir sıra tikinti şirkətləri mənzillərin kvadrat metrinin qiymətini təxminən 30-50 manat qaldırmağı müzakirə edirlər. Ekspertlər ehtimal edir ki, hazırda mənzil satışları yüksək olmadığından tikinti şirkətləri qiymət artımına getməyə də bilərlər.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ