SON DƏQİQƏ

PressDent.Info

Obyektlər bağlanır, POS-terminallar azalır – 14 MİN AZALMA

Obyektlər bağlanır, POS-terminallar azalır – 14 MİN AZALMA
11-12-2017, 10:39 2001 dəfə baxılıb

Bankların POS-terminallarının sayı azalmaqda davam edir.

Oktyabr ayının sonuna POS-terminalların sayı 66336 ədəd təşkil edib. Bu, Sentyabr ayının sonu ilə müqayisədə 1275 ədəd, ötən ilin sonu ilə müqayisədə isə 5470 ədəd azdır.

2015-ci ilin sonunda POS-terminalların sayı 80301 ədədə çatmışdı. Son 1 il 10 ayda POS-terminalların sayı 13 min 965 ədəd azalıb.

Ekspertlər bildirirlər ki, POS terminalların sayının azalması obyektlərin bağlanması və bir sıra obyektlərin POS-terminaldan imtina etməsilə əlaqədardır. POS terminal ilə ödənişlər az olduğundan onu saxlamaq əlavə xərcdir.  undan başqa, bir sıra obyektlər POS-terminal ilə satış həyata keçirməkdə maraqlı deyil.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ