SON DƏQİQƏ

PressDent.Info

2017-ci ildə adambaşına gəlir cəmi 24 manat artıb

2017-ci ildə adambaşına gəlir cəmi 24 manat artıb
10-10-2017, 21:03 10527 dəfə baxılıb

Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) avqust ayında iyula nisbətən artıb. Bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı(AMB) yayıb.

Avqust ayında ÜDM 43,71 milyard manat təşkil edib ki, bu da iyul ayı ilə müqayisdə 5,7 milyard çox olması deməkdir.

Hesabata görə, qeyd olunan tarix ərzində əhalinin nominal gəlirlərində də artım müşahidə edilir. Belə ki, avqust ayı ərzində əhalinin nominal gəlirləri 31,8 milyard manat olmuşdur ki, bu da iyul ayı ilə nisbətdə 4 milyard çox olması deməkdir.

Əhalinin nominal orta aylıq əmək haqqı (xalis vergilər çıxılmaqla) avqust ayında 523.1 Azərbaycan manatı olmuşdur. Bu da iyul ayı ilə nisbətdə cari ilin yanvar ayı ilə nisbətdə 24,5 manat çox olması deməkdir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ