SON DƏQİQƏ

PressDent.Info

7 xarici şirkət Azərbaycan bazarını tərk edib

7 xarici şirkət Azərbaycan bazarını tərk edib
20-09-2017, 10:39 5742 dəfə baxılıb

“Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanlarda bildirilir ki, “Toyo Engineering Corporation” Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğunu elan edir. Kreditorlar öz iddia və tələbləri ilə bağlı Bakı şəhəri, Xəzər rayonu, Lev Starçuk (Şimal DRES), ev 17 ünvanına bildirə bilərlər.

“Obermeyer Project Manegement GmbH” də Azərbaycandakı filialının ləğv edildiyini bildirib. Kreditorlardan 60 gün ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 4/189 ünvanına bildirmələri xahiş olunur.

Bundan başqa, “HeildelbergCement AG” Azərbaycandakı filialının fəaliyyətinə son qoyub. Müvafiq qərar 30 avqust 2017-ci il tarixində alınıb. Şirkət ləğvetmə prosesinin başlanıldığını və buhunla əlaqədar Azərbaycan Respublikasında dövlət qeydiyyatının təsviyyəsini elan edir. Kreditorlar tərəfindən bütün tələblər, bildirişlər, iddialar və yaxud sorğular bu elan dərc edildiyi gündən etibarən iki ay ərzində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanına bildirilməlidir.

“Tech Offshore Marine Azerbaijan” MMC və “Tech Electrics and Automation Azerbaijan” MMC də ləğv olunduğunu elan edib. Kreditorlar tələblərini iki ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4 mikrorayon, ev 60, mənzil 89 ünvanına bildirə bilərlər.

Bununla yanaşı, “Compass Offices Services Azerbaijan Limited” MMC və “Compass Development Holdings VII Limited” şirkətinin Azərbaycandakı filialı ləğv olunduğu elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 11/35, mənzil 34 ünvanına bildirməlidirlər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ