SON DƏQİQƏ

PressDent.Info

İlin əvvəlindən 733 nəfər bank sektoru ilə vidalaşıb

İlin əvvəlindən 733 nəfər bank sektoru ilə vidalaşıb
2-06-2017, 16:40 9570 dəfə baxılıb

2017-ci ilin may ayının 1-ə Azərbaycanın bank sektorunun işçi heyətinin sayı 16 214 nəfər təşkil edib. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir.

Rəqəmlərin təhlili göstərir ki, apreldə bank sektorunda çalışanların 98 nəfəri işdən çıxıb. Belə ki, mart ayındakı statistikaya əsasən, bank sektorunda çalışanların sayı 16 312 nəfər olub.

Ümumiyyətlə, bu ilin 4 ayında bank sektorunu 733 nəfər tərk edib. Belə ki, bu ilin yanvarın 1-ə bank sektorunda çalışan işçilərin sayı 16 947 nəfər olub.

Qeyd edək ki, bu ilin I rübündə ölkədə 32 bank fəaliyyət göstərib

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ