SON DƏQİQƏ

PressDent.Info

Dövlət borcuna xidmət büdcəni “yeyir”

Dövlət borcuna xidmət büdcəni “yeyir”
26-05-2017, 14:20 10266 dəfə baxılıb

2016-cı ildə dövlət xarici və daxili borcuna xidmət üçün 2015-ci ildəkindən 1 mlrd 64,5 mln manat və ya 2,5 dəfə çox – 1 mlrd 769 mln manat vəsait xərclənib, deyə Hesablama Palatası ötən ilin dövlət büdcəsinin icrası haqqında rəyində bildirib. 2014-cü illə müqayisədə bu xərclər 1 mlrd 390,1 mln manat və ya 4,7 dəfə artıb.

Dövlət borcuna xidmət xərclərinin xüsusi çəkisi dövlət büdcəsinin xərclərinin 10%-i təşkil edib. Bu xərclərin strukturunda 1 mlrd 472,4 mln manat xarici, 296,6 mln manat daxili dövlət borcudur. Ödənilən xarici dövlət borcunun bir hissəsi (322 mln 240 min manat) dövlət müəssisələrinin dövlət zəmanəti ilə aldığı kreditlər üzrə ödənişlərdir. Bu vəsaitlər 2016-cı ilin son iş günündə в„–760s sərəncamla istifadə edilib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ