SON DƏQİQƏ

PressDent.Info

Xarici kreditorlar ABB-nin restrukturizasiya planını rədd ediblər

Xarici kreditorlar ABB-nin restrukturizasiya planını rədd ediblər
26-05-2017, 13:48 7917 dəfə baxılıb

Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici kreditorları Bankın 3,3 mlrd. ABŞ dolları həcmində olan borcunun restrukturizasiyası ilə bağlı onlara təklif edilən planı bloklamaq üçün addımlar atırlar.

Bloomberg yazır ki, xarici kreditorlar qeyd edirlər ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) ABB-dəki depozitlərinin restrukturizasiya planına daxil edilməsi nəticəsində onların yekun qərarda səslərini zəiflədib.

“ABB-nin Londondakı iclasda təqdimatı kreditorların hiddətinə səbəb olub. Dövlət tərəfindən nəzarət olunan ARDNF-nin restrukturizasiya planına daxil edilməsi Banka səslərin təxminən 1/3-ni təmin edir. Nəticədə, xarici investorların plana qarşı çıxmaq şansı azalır”, – deyə məlumat mənbəyi qeyd edir.

***
Kreditorlar narahatlıqlarını Londondakı görüşdə maliyyə naziri Samir Şərifova bildiriblər. Dövlətin ABB-yə dəstəyinin nədən birdən-birə kəsildiyi barədə sualı cavablandıran nazir deyib ki, ABB-yə heç vaxt dövlət zəmanəti olmayıb:

“Bank dövlətə aid olsa da, bu o demək deyil ki, hökumət onun borclarının restrukturizasiyasına aid məsuliyyəti öz üzərinə götürür”. Bununla yanaşı S.Şərifov kreditorları planı qəbul etməyə çağırıb.

Bununla yanaşı, ABŞ-ın “Shearmean & Sterling LLP” transmilli hüquq şirkətinin “çox sayda beynəlxalq təcrübəli maliyyə institutları” adından yazdığı məktubda bildirilir ki, kreditorların iradları restrukturizasiya planında nəzərə alınmasa, “qrup üzvləri öz maraqlarını qorumaq üçün müvafiq addımlar atmağa hazırdır”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ