SON DƏQİQƏ

PressDent.Info

3 minə qədər işçisi olan şirkət maaşları vermir

3 minə qədər işçisi olan şirkət maaşları vermir
26-05-2017, 13:46 9222 dəfə baxılıb

“Avrasiya tikinti korporasiyası EVRACON” ASC beşinci aydır, işçilərə əmək haqqı vermir. Səbəb vəsaitin olmamasıdır, deyə şirkətin Müşahidə Şurasının üzvü Namik Kərimli bildirib.

“Maaşlar gecikmə ilə verilir. Bu, Azərbaycandakı və xaricdəki layihələrə aiddir”, deyə EVRACON təmsilçisi qeyd edib.

KİV-də yayılan məlumata görə, Ələt-Astara yolunun tikintisi layihəsində iştirak edən işçilər maaşların verilməməsi ilə bağlı xəbərdarlıq tətili keçirib. N.Kərimli deyib ki, bu barədə məlumatı yoxdur.

EVRACON ASC-də 3 minə qədər işçi çalışır. Mühəndis-texniki tərkib nəzərə alınmadan orta aylıq maaş 700 manata yaxındır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ