SON DƏQİQƏ

PressDent.Info

Azərbaycanda sənaye istehsalı 6% azalıb

Azərbaycanda sənaye istehsalı 6% azalıb
15-05-2017, 15:53 7395 dəfə baxılıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın sənaye sektorunda 12,6 mlrd. manatlıq və yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6% az sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsi xəbər verir ki, hesabat dövründə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,8% artıb, neft sektorunda isə 7,5% azalıb.
Sənaye məhsulunun 70,5%-i mədənçıxarma sektorunda, 23,8%-i emal sektorunda, 5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 9,5%, əmtəəlik qaz hasilatı isə 0,2% azalıb.
Emal sektorunda qida məhsullarının istehsalı 3,7%, içkilərin istehsalı 39,4%, toxuculuq sənayesi məhsullarının istehsalı 2,2 dəfə, geyim istehsalı 73,6%, ağacın emalı və ağacdan məmulatların istehsalı 88,6%, kimya sənayesi məhsullarının istehsalı 11,7%, əczaçılıq məhsullarının istehsalı 2,3 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 60,6%, tikinti materiallarının istehsalı 44,7%, metallurgiya sənayesi məhsullarının istehsalı 2,4%, kompüter və elektron məhsulların istehsalı 2,1 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,4 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 32,5%, mebel istehsalı 47,9% artmış, tütün məmulatlarının istehsalı 49%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 60,4%, kağız və karton istehsalı 2,8%, poliqrafiya məhsullarının istehsalı 60,7%, hazır metal məmulatlarının istehsalı 29,5%, maşın və avadanlıqların istehsalı 1%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 59,9% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,2% azalıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ