SON DƏQİQƏ

PressDent.Info

Pambıq istehsalı milli iqtisadiyyatı hara aparır?

Pambıq istehsalı milli iqtisadiyyatı hara aparır?
3-04-2017, 15:07 10788 dəfə baxılıb

Qubad İbadoğlu

“Biz pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləyəcəyik.” Bu fikir prezident İlham Əliyevin pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində giriş çıxışından götürülüb.
Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikasına istinadən hazırlanan “Xarici ticarətin vəziyyəti haqqında arayış”a görə, 2016-cı ildə pambıq ipliyi ixracatından 18 milyon 013 min 28 dollar gəlir əldə edilib. Bu o deməkdir ki, ötən il ixracata 9 min 362 ton pambıq ipliyi ixrac olunub. Beləliklə də, 1 ton pambıq ipliyi ixracatından 1924 dollar, 1 kiloqram da təxminən 2 dollar valyuta gəliri əldə olunub.
Bununla yanaşı onu da qeyd edək ki, 2017-ci ilin ilk 2 ayı ərzində 1 027 ton və ya 2 milyon 373 min dollarlıq pambıq ipliyi ixracata göndərilib. Bunu da nəzərə alanda məlum olur ki, ötən il istehsal olunmuş pambıqdan alınan ipliyinin 10 min 390 tonu ixrac olunub.
Dövlət Statistika Komitəsinin ötən ilin yekunlarına dair məlumatından məlum olur ki, 2016-cı il ərzində cəmisi 19,4 min ton pambıq iplik istehsal olunub. 2017-ci ilin yanvar-fevral ayına olan digər məlumata görə, əlavə olaraq 2,5 min ton pambıq ipliyi də bu ilin mart ayının 1-ə qədər istehsal olunub. Onu əlavə edəndə ötən illə birlikdə bu ilin martın 1-ə olan cəmi pambıq ipliyi istehsalı 22 min tona çatır.
Bu isə o deməkdir ki, ötən il istehsal olunmuş pambıq ipliyinin yarısından da az hissəsi ixrac olunub. Belə çıxır ki, 10 min tona qədər pambıq ipliyi ya ambarlarda saxlanılır, ya da daxildə hazır məhsul istehsalına yönəldililr. İnanmaq çətindir.
Yazı müəllifin facebook səhifəsindən götürülüb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ