SON DƏQİQƏ

PressDent.Info

ABŞ-ın neft ixracı da artacaq – Neft 50 dolların altında

ABŞ-ın neft ixracı da artacaq – Neft 50 dolların altında
10-03-2017, 20:00 10440 dəfə baxılıb

Neft, ABŞ-da hasilatın artmasının OPEC-in hasilatı azaltmağa yönəlmiş müqaviləsindən son üç ayda əldə edilmiş qazancları tamamilə silməsindən sonra bareli 50 dollardan aşağı düşüb.

“Marja” xəbər verir ki, neft son dörd seansda 7.6 faiz ucuzlaşıb.

ABŞ-da Çərşənbə günü açıqlanan rəsmi məlumatlara görə, neft ehtiyatları dörd həftə ardıcıl artıb və hasilat bir ildən çox müddətin ən yüksək səviyyəsinə çıxıb.
Neft şirkəti “Vitol Group BV”yə görə, ABŞ-ın neft ixracı, Texasda istehsalın artması səbəbindən qalxmağa hazırlaşır.
Neft qiymətləri, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) üzvləri və digər 11 istehsalçı ölkənin qlobal təklif (hasilat) artıqlığını aradan qaldırmaq üçün 1 Yanvardan başlayaraq 6 ay müddət ərzində hasilatı azaltmağa başlamasından bu yana 50 dolların üzərində dalğalanırdı.
Səudiyyə Ərəbistanının neft naziri Xalid Al-Falih, bu həftə verdiyi açıqlamada, qlobal ehtiyatların gözləniləndən yavaş azaldığını söyləyərək, istehsalın azaldılması müqaviləsinin uzadılması üçün “qapını aralayıb.

Analitik Devid Lennoks, “Artan ABŞ istehsalı bazar üçün problem yaradır. Əgər hasilat artmağa davam edərsə, OPEC-in müqaviləsinə əməl olunmasında problem çıxa bilər” – deyib.

Bakı vaxtı ilə 07:30-da Qərbi Texas nefti (WTI) Nymex birjasında 49.73 dollardan, Brent nefti Londonda  ICE Futures Europe birjasında 52.66 dollardan əməliyyat olunub.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ